Bazar ertəsi , 20 May 2024

Cəmiyyət

TƏBİB karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb. Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da …

Read More »

Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Boyukmillet.com  xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Gemini” MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən “Çaça Gold” əmtəə nişanlı spirtli içki məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində …

Read More »

Bakı metrosu həftəsonu sərnişin qəbul etmədən işləyəcək

Martın 13-14-də koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində “Bakı Metropoliteni” QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq. Bu barədə  qurumun Mətbuat xidmətindən məlumat verilib. “Məlumdur ki, infeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara …

Read More »

DSMF: Bütün müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək

“Həm sosial müavinətlərin, həm təqaüdlərin, həm də ünvanlı dövlət sosial yardımı Novruz bayramına qədər ödənilməsi planlaşdırılır”. Boyukmillet.com  xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib. O bildirib ki, sadalanan ödənişlər martın 19-dək verilməsi nəzərdə tutulur: “Bir ildən artıqdır ki, ödənişlər qrafikdən əvvəl vətəndaşlara ödənilir”.

Read More »

Nazirlik ünvanlı sosial yardım alanlara müraciət edib

“Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır. Yəni bir evdə neçə nəfər yaşayırsa, o da ailənin tərkib hissəsi sayılır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib. O bildirib ki, bəzən ÜDSY üçün müraciət edilən zaman ailə tərkibi düzgün göstərilmir və bu da imtina hallarının …

Read More »

İki deputata YAP-da yeni vəzifə verildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasına yeni sədr və müavin seçilib. Bunu  açıqlamasında partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O bildirib ki, iclasda deputat Sevinc Hüseynova komissiyanın sədri, deputat Nizami Səfərov isə müavin seçilib. Komisssiyanın tərkibi aşağıdakı kimidir: 1. İskəndərov Vüqar Yapon oğlu 2. Həsənov Həsən Zal oğlu 3. İbrahimqızı Məlahət İbrahim qızı 4. Musayev Musa Həzi oğlu 5. Səfərov Nizami Abdulla oğlu …

Read More »

YASƏMƏN MÖHÜBBƏTQIZI “CƏMİYYƏTİN MAARİFLƏNMƏSİNDƏ, AĞSAQQAL TÖVSİYƏSİNƏ BÖYÜK EHTİYAC VARDIR”

Bu gün RVT-nın sədri Fatmaxanım Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilovla ictimai-siyasi həyatda baş verən hadisələrlə bağlı münasibətlərimizi bölüşdük. Müharibədən sonra bəzi pozuculuq salmaq fikrində olanların, şəhid ailələrindən və qazilərimizdən istifadə etmək niyyətlərini pislədik. Fatma xanım BVM-dən sonra olan çörək növbələrindən, keçirdikləri çətin günlərdən söz açdı. Bu günlərdə şəhid anaları ilə görüşündəki fikirləri bizimlə bölüşdü. Müharibədən sonra çatışmamazlıqların çox olduğunu …

Read More »

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Boyukmillet.com xəbər verir ki. namizədlər “İmtahana buraxılış vərəqəsi”ni martın 5-dən etibarən DİM-in internet saytından çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında …

Read More »

Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirir

Türkiyə artıq bazar ertəsindən – martın 15-dən əcnəbilərin ölkəyə giriş prosedurunu dəyişdirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) böyük aviadaşıyıcıya istinadən məlumat verib. İndi turistlərin xüsusi elektron anket doldurması lazımdır. Türkiyə Səhiyyə Nazirliyi Türkiyəyə olan bütün uçuşlarda koronavirusun yayılmasına nəzarət etmək üçün kağız anketin doldurulması tələbini ləğv edir. Bu, tranzit səyahət edən qonaqlar üçün istisna təşkil ediləcək: …

Read More »

Həkim: “Məhdudiyyət olmasa, yoluxma 1000 nəfərə çatacaq” – VİDEO

“Hesab edirəm ki, 2-3 gün ərzində koronavirusa gündəlik yoluxma 500-600 nəfər olacaq. Bəzi məhdudiyyətlər qoyulmasa, bu rəqəmlər yüksəlməyə doğru davam edəcək və gələn həftə yoluxma 600 nəfəri, o biri həftə isə 700 nəfəri ötəcək. Aprel ayına qədər yəqin ki, gündəlik yoluxma sayında 1000 rəqəmini görəcəyik”. Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinin qonağı həkim Rauf Qasımov deyib. O bildirib ki, …

Read More »