Çərşənbə , 8 May 2024

Cəmiyyət

İranda İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb, 900 nəfər yaralanıb

İranda İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb, 900 nəfər isə yaralanıb. Boyukmillet.com  “TRTHaber”ə istinadən xəbər verir ki, bunu ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pishüseyn Kulivənd bildirib. Onun sözlərinə görə, yaralananların 72-si əl-ayağını itirib, 234-nün bədəni yanıb, 300-ü isə gözlərindən xəsarət alıblar. Xatırladaq ki, 2020-ci ildə İranda İlaxır Çərşənbə tədbirlərində 3 nəfər ölmüş, 1 403 nəfər yaralanmışdı.

Read More »

Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq. Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq. Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Read More »

Azərbaycan vətəndaşları aprelin 1-dən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcəklər

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək. “İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti …

Read More »

Deputat: “Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu, dözülməzdir”

“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu …

Read More »

Bayramla əlaqədar Nazirlikdən əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a daxil olan müraciətdə deyilir: “Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi …

Read More »

Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı oldu – FOTOLAR

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçirilib. Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, yenicə işıq üzü görən monoqrafiya məhz zənginliyi və milli köklərə bağlılığı ilə seçilən Ordubad …

Read More »

Azay Quliyev xaricdə təhsillə bağlı Baş nazirdən XAHİŞ ETDİ

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib.Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır. Azay Quliyev qeyd edib …

Read More »

Azay Quliyev hökumətin fəaliyyətini yüksək qiymətləndirdi

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib. Boyukmillet.com-un məlumatına görə, Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır. …

Read More »

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarus səfiri ilə görüşüb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb. Görüşdə iki ölkə arasındakı yaxın münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə uğurlu əlaqələr, turizm, müdafiə, kənd təsərrüfatı, maşınqayırma sənayesi və bir sıra digər sahələrdə səmərəli əməkdaşlıq imkanları, regional vəziyyət, rəsmi səfərlər və müxtəlif maraqlı mövzularda səmimi …

Read More »