“Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq. M.Abbaszadə əlavə edib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış …
Read More »Gələn ildən Azərbaycanda hər kəsin ailə həkimi olacaq
2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə …
Read More »Milli Məclisin iclası başladı, büdcə müzakirələri davam edir
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir. İclasda hökumət nümayəndələri iştirak edirlər. Deputatlar qanun layihəsi ilə bağlı çıxış edirlər. Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, …
Read More »Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır
Bu həftə Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır. Boyukmillet.com-un xəbərinə görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı …
Read More »SON DƏQİQƏ! Bu ölkə Azərbaycanla uçuşu bərpa etdi
Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib. Boyukmillet com “Ukrainski Novini”yə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib. Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır. Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, …
Read More »Ukrayna 2 azərbaycanlını Rusiyaya deportasiya etdi
Ukraynanın paytaxtı Kiyevdə 2 azərbaycanlı saxlanılaraq deportasiya olunub. Boyukmillet.com xəbər verir ki, bunlar Rusiya vətəndaşları – 45 yaşlı Xəlilov Kazım və 55 yaşlı Hüseynov Cavaddır. Onlar Rusiyaya deport ediliblər.
Read More »Goranboyda karantin rejimini pozan Qobustan sakinləri inzibati məsuliyyətə cəlb olundu
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Qobustan rayon sakinləri – Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib. Məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və …
Read More »Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir. ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1 700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir. Bu ay nazirlik …
Read More »Kanadada koronavirusun ən təhlükəli növü aşkarlandı
Kanadanın Ontario əyalətində koronavirusun yeni formasına yoluxma aşkar edilib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region hökumətinin bəyanatında deyilir. Virusa yoluxan cütlüklər Daremdə yaşayır. Bu insanların son zamanlar hər hansı əraziyə səyahətlər etmədikləri məlumdur. İndi onlar özünü təcridetmədədir. Dekabrın 14-də Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada …
Read More »Koronavirusu bu şüalarla məhv edək – Həkim
Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVİD-19 xəstələri olan evlərdə, COVİD-19 xəstəxanalarında ultrabənövşəyi şüalar saçan lampalar quraşdırılsa, yaxşı olar. Çünki ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir. Boyukmillet.com xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, sözügedən lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə …
Read More »