Cümə , 22 Noyabr 2024

Cəmiyyət

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu …

Read More »

Gürcüstanda yaşayan soydaşlarımız Şuşanın azad olunmasını təntənə və coşqu ilə qeyd ediblər – FOTOLAR

Gürcüstanda yaşayan soydaşlarımız şanlı Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan zad etməsini böyük coşqu ilə qeyd ediblər. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın xalqa müraciəti zamanı qədim mədəniyyət ocağı Şuşanın işğaldan azad olunması barədə verdiyi xəbər dünyanın hər yerində olduğu kimi, Gürcüstanın Marneuli şəhərində də təntənə ilə qeyd olunub. Qədim mədəniyyət mərkəzi, Qarabağın gözü Şuşanın 28 …

Read More »

“Qardaşıma sonsuz minnətdaram” – Sevil Əliyeva

“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”. Boyukmillet.com xəbər verir ki, bunu haqqın.az-a Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib.  Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib: “İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. …

Read More »

Prezidentin köməkçisi: “Xarkovdakı Fəxri Konsulluğa silahlı hücumda erməni terror təşkilatları şübhəli bilinir”

Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb. H.Hacıyev bildirib: “Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Hücumda erməni terror təşkilatları şübhəli bilinir, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Ukrayna səlahiyyətlilərinin …

Read More »

Qələbə tvitləri

Murovun, Dəlidağın üstündən çəkilir çən,Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən.İntizarı dağılır yad olmuş sahillərinSüsləndikcə üçrəngli bayraqla Xudafərin.Otuz il ümid verib bizi susduran susur,Ümidini qırdıqca Azərbaycan ordusu.Bayram havası gəzir şəhərləri, kəndləriPaylandıqca hər axşam qələbə tvitləri. Ax dünya, qəddar dünya, əsiridir yalanın,Başını əzib keçmir bu zəhərli ilanın,Köhnə səlib havası dolaşdıqca başındaNeçə ölkə səf tutur yenə din savaşında.Tanrı da əsir düşüb siyasətə, sir deyil,O …

Read More »

Zəngilanda Ermənistan Təhlükəsizlik Xidmətinin istifadə etdiyi binadan gizli sənədlər aşkarlandı – FOTO

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Trend-in məlumatına görə, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində …

Read More »

Xaricdəki Diaspor təşkilatlarımız ortaya ciddi fədakarlıqlar qoyurlar.

Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın qamətini bir qədər də şuxlaşdırdı: “Bilirsimiz ki, döyüşdə adam nə qədər güclü olsa da, gözü dəstək axtarır. Belə anda verilən dəstəyin əhəmiyyəti çox böyükdür. 40 gündür müharibə gedir, mən cəmiyyətimizin davranışından çox razıyam. Xüsusilə də xaricdəki diaspor təşkilatlarımız ortaya ciddi fədakarlıqlar qoyurlar. İndiyə qədər keçirilən …

Read More »

“Türkiyəli və pakistanlı tələbələrin yataqxana borclarını ləgv etdik” – Rektordan örnək addım

Bakı Ali Neft Məktəbindən (BANM) örnək addım. Sözügedən ali təhsil müəsissəsinin rəhbərliyi Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borclarını ləgv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov bildirib. Eyni zamanda bu tələbələrin ümumiyyətlə yataqxanada universitet hesabına qalmaları haqqında qərar qəbul edilib.

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbir torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirilməsi ilə başlayıb. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, müqəddəs rəmzlərimizdən olan bayraq xalqımızın, …

Read More »

“Bu cənab Prezidentin effektiv xarici siyasət yürütməsinin nəticəsində mümkün olub

BMT Baş Assampleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə birmənalı şəkildə ölkəmizin uğuru kimi qiymətləndirilməlidir. Bu cənab Prezidentin effektiv xarici siyasət yürütməsinin nəticəsində mümkün olub. Xatırlayırsınızsa, məhz Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmişdi.Sevindirici haldır ki, dövlət başçımızın bu …

Read More »