Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı – VİDEO

Sumqayıtdan Bakıya qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir.

Boyukmillet.com Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlərin iddiasına görə, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyəti qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Bakı-Sumqayıt üzrə həm qeyri-qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.

Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.

Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib-gəlirlər.

Qiymət artımı ilə bağlı “XəzərXəbər”ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşrutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilərlər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır

Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.

Check Also

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq – RƏSMİ

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Boyukmillet.com xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə …