Cümə , 22 Noyabr 2024

Cəmiyyət

Qarabağın hər parçasına igidlərimizin ayağının dəyməsi ora yeni müqəddəslik bəxş edir

Atəşkəsdən düz 22 il sonra, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin işğaldan azad olunmasıyla Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdışın reallaşdırılması hamımızda böyük ruh yüksəkliyi yaratdı. Kiçik kəndə də olsa 22 il sonra yurdumuza dönməyimiz, vətənimizin bir guşəsində yenidən bayrağımızın ucaldılması, orada yaşayışın bərpa olunması içimizdə böyük qayıdışın başlanmasına inamın alovunu əhəmiyyətli ölçüdə gücləndirdi. Çox sevincliydik. Çünki xalqımızın ənənəvi qələbə ruhu sanki …

Read More »

Türkiyə nümayəndə heyətinin Naxçıvana səfəri ilə bağlı mətbuat bəyanatı olub

Boyukmillet.com xəbər verir ki, noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış olmuşdur.  Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırım demişdir: Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda əldə etdiyi qələbələrdən böyük qürur duyuruq. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tək deyil. Türkiyə hər zaman …

Read More »

“Keçmiş olsun, gözəl körpəm” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə dağıntılar altından 91 saat sonra xilas edilən Ayla Gezgin barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, ölkə başçısı 4 yaşlı körpənin fotosunu paylaşaraq ona can sağlığı arzulayıb. “Möcüzənin adı Ayla… 91 saat sonra sənin o gülən gözlərinlə birlikdə hamımıza yeni ümidlər bəxş edən Allaha şükürlər olsun. Keçmiş olsun, gözəl körpəm”, – deyə Ərdoğan qeyd edib.

Read More »

Düşmənin snayper qrupu məhv edildi

İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələr endirilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu zərbələr nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

Read More »

“Azərbaycan beynəlxalq media qurumlarını erməni vəhşiliklərini görmək üçün bölgəyə dəvət edir” – Cəsarət Hüseynzadə

“Azərbaycan öz haqq işi ilə bağlı dünya ictimaiyyətinə ardıcıl və faktlara əsaslanan məlumatlar çatdırır. Ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqe ortalığa qoyulur. Ermənistan tərəfi isə bu şəraitdə döyüş bölgəsindən kənarda yerləşən ərazilərə və xüsusən mülki şəxslərə qarşı qadağan olunmuş silhalar ilə zərbələr endirir.” Bu fikirləri Olaylar.az açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib. Cəsarət Hüseynzadə qeyd …

Read More »

Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu

“Aramo” adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Ermənilər Xocalı qətliamının ən aktiv iştirakçısının ağır yaralandığını və tezliklə sağalması üçün dua etdiklərini bildiriblər. Məlumat üçün bildirək ki, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri, eyni zamanda xarici ölkələrdə xüsusi təlim keçmiş erməni …

Read More »

Baş nazirin sabiq müavinindən rəzil addım – Camaat ölümə gedir, bu isə…

Şəkildə gördüyünüz bu adamın adı Asəf Məmmədovdur.  Naxçıvanda müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri orada Baş nazirin müavini vəzifəsi olub.  Dünən tanınmış saytlardan birində bu adamın ölkə başçısına müraciəti dərc edilmişdi. Maraqlıdır ki, həmin sayt Asəf müəllimin müraciətini bahalı pullu reklama qoyaraq, öz səhifədində paylaşıb.  Deməli, bu nəticəyə gəlirik ki, Asəf Məmmədov müraciətin həm də geniş şəkildə piar olunmasında maraqlıdır. …

Read More »

Adil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədrinin müavini Adil Əliyev MDB Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldova Respublikasında keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Kişinevda səfərdə olub. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Səfər çərçivəsində Milli Məclis Sədrinin müavini Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası Parlamentinin sədri xanım …

Read More »

Azərbaycan QHT-ləri beynəlxalq qurumlara müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət ünvanlayıblar. Müraciətdə deyilir ki, 27 …

Read More »

“Azərbaycanın qazandığı qələbələri görəndə qəlbimiz riqqətə gəlir” – Türkiyəli politoloq

Boyukmillet.com xəbər verir ki,bu sözləri Azərbaycan mediasına verdiyi açıqlamada Türkiyəli politoloq, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Mehmet Barbaros Öztürk deyib. Hərəkat sədrinin sözlərinə görə, 27 sentyabr tarixindən etibarən hər keçən gün bizi – iki dövlət, bir millət olan Azərbaycanı və Türkiyəni qələbəyə bir az da yaxınlaşdırır. M.Barbaros Öztürk bildirib ki, Azərbaycan Prezidenti, ölkənin Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan …

Read More »