Cümə , 17 May 2024

Cəmiyyət

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat …

Read More »

MN: Erməni hərbçiləri və muzdluların bir qismi döyüşə girməkdən imtina edib

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub. Məlumata görə, Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi …

Read More »

Düşmənin artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralanıb

Ermənilərin 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. 9-cu …

Read More »

Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın top mərmisi atıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Ağdam və Ağcabədi rayonları ilə yanaşı, Tərtər rayonunun ərazisini də atəşə tutmaqda davam edir. Oktyabrın 16-sı səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə ümumilikdə 250-yə yaxın top mərmisi atıb. Nəticədə mülki evlərə ziyan dəyib. Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı …

Read More »

Xocavənd sakinləri Qələbə sevincini yaşayır

Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır. “Report”un cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər veri ki, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər. Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar. b Xocavənd qəsəbəsinin sakinləri öz sevinclərini “Report”un əməkdaşları ilə …

Read More »

Tərtərdə qəbiristanlıqda dəfn zamanı mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb. Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin …

Read More »

Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb

Milli Məclisin deputatı Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi əstrafında baş verən ən son hadisələr, Ermənistanın işğal siyasəti ilə bağlı bəzi nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırıb. Belə ki, millət vəkili “Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğunun Prezidenti, Cənab Al-Jarvana təşkilatın ilk Azərbaycanlı üzvü kimi rəsmi məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə K.Nurullayeva özü məlumat verb. O bildirib ki, dünyada sülhün …

Read More »

Əli Əsədov gürcüstanlı həmkarına məktub göndərib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən …

Read More »

Hikmət Hacıyev: “Ermənistanın atəşi nəticəsində daha 1 nəfər yaralanıb”

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər rayonlarını atəşə tutublar. Nəticədə 1 dinc sakin yaralanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də yazıb. Armed forces of Armenia in blatant violation of humanitarian truce continue to shell Tartar, Agjabadi, Agdam and other regions of Azerbaijan. One civilian is wounded.— Hikmet Hajiyev …

Read More »