Şənbə , 20 Aprel 2024
Drone Cameras

DTX bəzi sosial media resurslarında erməni mənbələrinə istinadla yayılan əsassız xəbərlərlə bağlı məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana aid bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və bu kimi sair başlıqlarla yayılan həqiqətə uyğun olmayan məlumatlara münasibət bildirib.

Boyukmillet.com DTX-nin saytına istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir. Bildirilib ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilib. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.

“Bir daha ölkəmizin kütləvi informasiya vasitələrində və sosial mediada ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”, – deyə DTX-nin məlumatında qeyd olunub.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …