Cümə , 17 May 2024

Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində xüsusi karantinrejiminin müddətinin uzadılması barədə” qərar imzalayıb. Boyukmillet.com xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. Bundan başqa, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat …

Read More »

Komendant saatında fəaliyyətinə icazə verilən sahələrin siyahısı

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, komendant saatı müddətində faliyyətinə icazə verilən sahələr aşğıdakılardır: 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 2. İnfrastruktur sahəsi üzrə: 2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, …

Read More »

Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 …

Read More »

Gənclər və İdman Nazirliyi: “Gənclərimiz ön cəbhədə döyüşməyə hazırdır”

Gənclər və İdman Nazirliyi bəyanat yayıb.  Boyukmillet.com-un məlumatına görə, bəyanatda deyilir:  Sentyabrın 27-də saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına …

Read More »

Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı müvəqqəti olaraq məhdud iş rejiminə keçir.  Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-na qədər (həmin gün daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb. Eyni zamanda, aviaşirkətin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın …

Read More »

Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.  Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.  “Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub. Xatırladaq ki, …

Read More »

Prezidentin köməkçisi: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.  Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli …

Read More »

Naxçıvanda beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.Boyukmillet.com xəbər verir ki, bu gün saat 11:00-da başlayan festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar iştirak edirlər.Festivala gətirilən müxtəlif arıçılıq məhsulları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Read More »

Tonoyan Rusiyaya getdi

Ermənistan Müdafiə naziri David Tonoyan Rusiyaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan öz Feysbuk səhifəsində paylaşıb. Onun Rusiyaya Qafqaz-2020 təliminin əsas mərhələsini müşahidə etmək üçün getdiyi bildirilib. Təlimə Rusiya Prezidenti Vladimir Putin də qatılacaq.  

Read More »