Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Saatlı, Biləsuvar, Daşkəsən və Xətai rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Saatlı rayon təşkilatına Surxay Cahangirov, Biləsuvar rayon təşkilatına Möhübbət Ağayev, Xətai rayon təşkilatına Kəmalə Səfərli və Daşkəsən rayon təşkilatına Zemfira Qafarlı sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.
Check Also
Nazirlik: İranda azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda – red.) Azərbaycan dilində tədris aparılan bir …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
