Azərbaycan Odusu Şuşa şəhərinin ətafında yetləşən bəzi kəndləri işğaldan azad edib. Bu barədə Türkiyənin TRT HABER telekanalının cəbhə bölgəsində olan əməkdaşı xəbər verib. Məlumatda həmçinin Azərbaycan Ordusunun Cəbrayıl rayonundan Şuşa istiqamətində, Qubadlı rayonundan isə Laçın dəhlizi istiqmətində irəlilədiyi bildirilir. Azərbaycanın xüsusi təyinatlı birliklərinin hər iki istiqamətdə düşmənə ağır zərbələr vurub, onu geri çəkilməyə məcbur etdiyi də cəbhədən verilən məlumatlar sırasındadır.
Read More »Azərbaycan diasporunun fəallaşması terrorbaşı ASALA-nı hərəkətə gətirdi – diaspor fəallarımız təhlükədə…
Azərbaycan diasporasının mütəşəkkiliyi və nəyə qadir olması bu ilin ortalarından sonra özünü daha aydın şəkildə göstərməyə başladı. 2020-ci il iyulun 12-dən başlayan Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat Azərbaycan, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qəzəb və narahatlığına səbəb oldu. Azərbaycan ordusundan Tovuz döyüşləri zamanı tutarlı zərbə alan, eyni zamanda diplomatik müstəvidə də bizə uduzan ermənilər hər …
Read More »Xankəndi boşalıb: Əhalinin 70 faizi Ermənistana gedib
Xankəndində əhalinin ancaq 30 faizi qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhərin “meri” David Sarkisyan məlumat verib. O bildirib ki, müharibə başlamazdan əvvəl şəhərdə 56 min nəfər yaşayıb. İndi isə Xankəndidə ancaq 17 minə yaxın insan var: “Bu şəxslər də yeraltı sığınacaqlarda yaşayır”. Şəhərdə yaşayanların böyük əksəriyyəti Ermənistana gedib. /Cebhe.info/
Read More »ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələri quraşdırılıb
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb. Boyukmillet.com-un xəbərinə görə bu barədə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova verib. O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda …
Read More »Türkiyədə terrorçular bir neçə mülki şəxsi qətlə yetiriblər
Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb. Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb. Türkiyənin …
Read More »Qarabağdakı separatçıların “administrasiyası” bu şəhərə “köçürüldü
Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə separatçıların başçıları bildirib. Qeyd olunub ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”.
Read More »28 il əldə edilməyən tarixi ədalət Ali Baş Komandanın rəhbərliyi ilə bərpa olundu – Ramil Usubov
Cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi: …
Read More »Türkiyənin Azərbaycana dəstəyi və onunla həmrəyliyi bundan sonra da davam etdiriləcək
Noyabrın 3-də Diasporla İş üzrə Dövlət Komitəsində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Boyukmillet.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov əvvəlcə oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına, dost və qardaş türk xalqına başsağlığı verib.Bildirilib ki, sentyabrın 27-də …
Read More »“Bundan sonra Azərbaycanla hesablaşacaqlar” – Rufiz Qonaqov
Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, işğalçlıq siyasəti davam edir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqlı tərəf olduğunu bildiyi halda, öz ikilistandartlarından əl çəkmir, erməni lobbisinin, diasporasının informasiya yalanlarından bəhrələnirlər. Azərbaycan erməni lobbisinin, diasporasının ölkəmizə qarşı dünyada apardığı əks təbliğata qarşı öz gücünü səfərbər etməklə yanaşı, həm də dünyanın informasiya məkanında təşkilatlanmanı tələb edir. Boyukmillet.com xəbər verir ki, bu və …
Read More »70 yaşlı Ziya Məmmədovun mina atmaq istəyinə sözardı..
Müharibə başlayandan nə şəhid şəkili paylaşmışam, nə də Orduya kimin niyə getdiyi, niyə getmədiyi ilə bağlı müzakirələrdə iştirak etmişəm.Əksinə, belə müzakirələrə, paylaşımlara qarşı olmuşam. Mənə hansısa məmur uşağının (adı ilə) niyə müharibədə iştirak etmədiyi sualını ünvanlayanda, yalanda olsa demişəm ki, onların adını çəkməyin, düşmənin arxasında kəşfiyyatdadırlar. Çoxları inanıb, müzakirəyə son qoyub. Bu yalanı milli ruh sarsılmasın deyə danışmışam. Belə həssas məqamda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar