Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. Prezidentin daha bir sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub. Boyukmillet.com Modern.az-aistinadla Əhməd İsmayılovun dosyesini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd …
Read More »Ölkədə 158 mindən çox əməkdaşın evdən çıxma icazəsi təsdiqləndi
Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sistemin fəaliyyətə başladığı ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib. “Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı …
Read More »Avtomobilə xüsusi icazə alınmalıdır?- Hökumət sözçüsü aydınlıq gətirdi
Nazirlər Kabineti çölə çıxmaq üçün icazəsi olan şəxsin avtomobildən istifadə məsələsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, “Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”,– deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir: “Qısası, …
Read More »Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi
89 saylı Göyçay Ağdaş Seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 01 aprel 2020-ci il tarixində Milli Məclisin onlayn iclasında bu günün tələblərinə uyğun vacib təkliflərlə çıxış edib. Beləki, 65 yaşından yuxarı yaşlı nəsilin nümayəndələrinə pensiyalarının evdən çıxmadan verilməsinin mexanizmini rayon, qəsəbə, xüsusən kəndlərdə ASAN xidmət, DOST könüllüləri, bu qurumlar olmayan ərazidə isə rayon icra hakimiyyəti, YAP, Gənclər İnkişaf …
Read More »Naxçıvanda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri görülür
Naxçıvan şəhərinin küçə və prospektləri yoluxucu xəstəliklərə qarşı dezinfeksiya olunub.Boyukmillet.com xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə erkən saatlarda, yollarda hərəkətin daha az olduğu vaxtlarda xüsusi məhlul vasitəsilə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinə 40 nəfərlik heyət və xüsusi xidməti avtomaşınlar cəlb edilib.Dezinfeksiya işləri magistral yollarda, körpülərdə, Naxçıvan Beynəlxalq Hava …
Read More »Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə …
Read More »NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR.NAXÇIVANDA- DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİNDƏ KARANTİNƏ ALINAN SOYDAŞLARIMIZ YARADILAN ŞƏRAİTDƏN RAZILIQ EDİRLƏR. Dünyanı lərzəyə gətirən Koronovirus pandemiyası xaricdə təhsil alan tələbələrimizi və azərbaycandan kənarda olan bir çox soydaşlarımızı vətənə qayıtmasına məcbur etdi. Bu gün dünyanın bir çox ölkələrində yüzlərlə soydaşımız vətənə gəlməkdə davam edir vəyaxud da vətənə qayıtmaq üçün dövlətimizin dəstəyini gözləyir. Digər ölkələrdən fərqli olaraq, soydaşlarımız qardaş Türkiyədən daha tez …
Read More »100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək
Azərbaycanda 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış “Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının …
Read More »Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir
2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq həmyerlilərimizin operativ məlumat mənbəyinə çevrilib. Soydaşlarımız bu sayt vasitəsilə muxtar respublikamızdakı yeniliklərlə bağlı məlumatları asanlıqla əldə edirlər. Bu baxımdan Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində baş verən yeniliklər haqqında ətraflı məlumat, doğma diyarımızda görülən işlər barəsində müfəssəl, …
Read More »Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək
Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Məlumatda bildirilir ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır. Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi …
Read More »