Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Jurnalistlərdən xeyriyyəçi təşəbbüs – Minayə ananın soyuducu problemi həll edildi

Bir neçə gün əvvəl, Pirşağı qəsəbəsi “İkinci Sovxoz” ərazisində imkansız vəziyyətdə yaşayan Minayə İmanovanın soyuducuya ehtiyacı olduğu ilə bağlı məlumat vermişdik. Vətəndaşın bu istəyi “Facebook”un Azərbaycan seqmentinin tanınmış səhifələrindən olan “Cayxana TV”də paylaşılandan sonra, adının çəkilməsini istəməyən bir xeyriyyəçi Minayə anaya “Arçelik” marakalı təzə soyuducu göndərib. Soyuducu – jurnalistlər: Məhəmmədəli Qəribli, Samir Feyruzov və İSBAM sədri Samir Adıgözəllinin iştirakı ilə Minayə İmanovaya təqdim edilib. M.İmanova onun bu arzusunun reallaşmasında köməyi olan hər kəsə dərin minnətdarlığını bildirib. Azinforum.az həmin görüntüləri təqdim edir:

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …