Çərşənbə , 1 May 2024

Cəmiyyət

Bakıdan rayonlara getməyə icazə var? – RƏSMİ AÇIQLAMA

“Bakıdan bütün günlərdə rayonlara avtobusların çıxışına icazə verilir”. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Facebook”da yazıb. O qeyd edib ki, qərara dəyişiklik edilib: “Bayram günlərində də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər. Bakı Beynəlxalq Avtovağzalı axıra kimi işləyəcək. Dəyişikliyi vətəndaşlarımız üçün etdik. Amma rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək. Yalnız Bakı qeydiyyatı olan vətəndaşlar qayıda bilərlər”. …

Read More »

Sabahdan Novruz tətili başlayır

Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır. Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş …

Read More »

Bakıya gələn 470 maşın geri qaytarıldı – Qeydiyyatda olmayanlar paytaxta gəlməsin

“Dünən gecə saat 12-dən sonra təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib. K.Əliyevin sözlərinə görə, hazırda vətəndaşalar Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, …

Read More »

“Koronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzə dinlənilib

Boyukmillet.com-un məlumatına görə AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” 11 mart 2020-ci il tarixli sərəncamı ilə bağlı məlumat verib. O, dünyada pandemiyaya çevrilən koronavirus xəstəliyinin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən zəruri tədbirlərin görüldüyünü qeyd edib, bölmənin elmi-tədqiqat …

Read More »

Bakıda avtobuslara dezinfeksiya məhlulları yerləşdirildi

Martın 18-də Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarajında avtobusların dezinfeksiya olunması, xarici və daxili görünüşünün təmiz olması, o cümlədən dezinfeksiya məhlullarının yerləşdirilməsi ilə bağlı avtobuslara baxış keçirilib. Boyukmillet.com-un xəbərinə görə, həmin gün saat 21:00-03:00 arasında 24 daşıyıcının 82 marşrutu üzrə 730 ədəd avtonəqliyyat vasitəsinin qaraj şəraitində yuma və 523 avtobusda dezinfeksiya işlərinin aparılması BNA-nın əməkdaşları tərəfindən …

Read More »

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb

Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib. Fonddan verilən məlumata görə, Novruz bayramı ərəfəsində Fondun və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını respublikanın bütün rayon və şəhərlərində …

Read More »

Natiq Bədəlov təltif edildi

Tanınmış diaspor fəalı, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədr müavini Natiq Bədəlov mükafatlandırılmışdır. Ona Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə medalı təqdim edilmişdir. Qeyd edək ki, Natiq Bədəlov Tatarıstan Milli Elmlər Akademiyasının akademikidir. O, Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında yaxından iştirak edib. 1993-1994 -ci illərdə Ümummili lider Heydər Əliyevin çağrışı ilə cəbhə …

Read More »

Heydər Əliyev Fondu ölkəyə tibbi ləvazimatlar gətirdi – Foto

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib. Boyukmillet.com-un məlumatına görə, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

Read More »

İlham Əliyevdən xalqa koronavirusla bağlı ÇAĞIRIŞ

“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib. Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər görüb. “Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər …

Read More »

“Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 yanvar 2020-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdə arxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda …

Read More »