Cümə axşamı , 18 Aprel 2024

Cəmiyyət

Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edildi

Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib. Bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub. Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə …

Read More »

Bakı küçələri gündə iki dəfə yuyulacaq

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici …

Read More »

“Koronavirus hamıya dərs verdi, hegemonlar əsirə çevrildi” – Sabir Rüstəmxanlı

“Söhbət Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan insanının taleyindən gedirsə, bütün siyasi maraqlar, ideoloji görüşlər arxa plana keçir” “Mən bu millətin bir zaman Meydanda necə bir olduğunu görmüşəm və bu gün də dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələcəyimizə inanıram”Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı BakuPost-un ölkə gündəmi ilə bağlı suallarını cavablandırıb:– Sabir bəy, VI çağırış Milli Məclisi artıq fəaliyyətə …

Read More »

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Boyukmillet.com təbriki təqdim edir: Əziz həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, əziz bayram günlərində xoş əhval-ruhiyyə, can sağlığı və səadət arzulayıram.Novruz Azərbaycan xalqının uzun əsrlərdən bəri qeyd etdiyi bayramdır.Vətənimizin hər güşəsində el adət-ənənələrinə uyğun olaraq böyük sevinc içində keçirilməkdədir. Novruz xalqımızın öz tarixi-mədəni keçmişinə və milli-mənəvi dəyərlərimizə bağlılığın mühüm göstəricisidir. Bu il Novruz bayramını dünyanın böyük bir …

Read More »

SABİR RÜSTƏMXANLIDAN Novruz Təbriki

Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlı Novruz bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz bacılar və qardaşlar! Novruz bayramı münasibətilə hamınızı təbrik edir, hər birinizə, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz Şərq təqviminə görə yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin …

Read More »

Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər

Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər. Boyukmillet.com-un xəbərinə görə, bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun …

Read More »

“Azərbaycan xalqı bu sınaqdan da alnıaçıq çıxacaq” – Şura üzvü

“Bu addım ölkə başçısının bir daha əhalinin sağlamlığına nə dərəcədə diqqət ayırdığını, eyni zamanda səhiyyə istiqamətində gördüyü islahatların tərkib hissəsidir”. Boyukmillet.com xəbər verirki, bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial …

Read More »

Bakıdan rayonlara getməyə icazə var? – RƏSMİ AÇIQLAMA

“Bakıdan bütün günlərdə rayonlara avtobusların çıxışına icazə verilir”. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Facebook”da yazıb. O qeyd edib ki, qərara dəyişiklik edilib: “Bayram günlərində də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər. Bakı Beynəlxalq Avtovağzalı axıra kimi işləyəcək. Dəyişikliyi vətəndaşlarımız üçün etdik. Amma rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək. Yalnız Bakı qeydiyyatı olan vətəndaşlar qayıda bilərlər”. …

Read More »

Sabahdan Novruz tətili başlayır

Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır. Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş …

Read More »

Bakıya gələn 470 maşın geri qaytarıldı – Qeydiyyatda olmayanlar paytaxta gəlməsin

“Dünən gecə saat 12-dən sonra təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib. K.Əliyevin sözlərinə görə, hazırda vətəndaşalar Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, …

Read More »