Cümə , 29 Mart 2024
Drone Cameras

Düşmən Ordubad istiqamətində də fəallaşır

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti təxribata cavab olaraq, Azərbaycan ordusu əks hücum əməliyyatlarını davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarına davam gətirə bilməyən düşmən böyük şəhərlərimizi,mülki əhalinin sıx yaşadığı ərazilərini atəşə tutmağdadır.

Boyukmillet.com-un əldə etdiyi məlumata əsasən Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində növbəti təxribata hazırlaşır. Düşmən bu istiqamətdə hərbi texnika toplamaqdadı. Ordubad rayonunun Kotam və Kilit kəndlərinə tərəf 2ci tuneldə tank, katuşa və ural maşınına qoşulmuş top ağır artilleriyasını yerləşdirmişdir. Həmən tunelin girişini dəmir boçkalarla bağlayıblar. Əldə olunan digər məlumatda bildirilir ki, erməni tərəfində tunelin alt qismində səngər qazılıb. Həmin səngərdə zil 131 yerləşdirib onun üzərini tendlə kamuflaj edilib.

Bu informasiya göstərir ki, işğalçı Ermənistan suveren ərazilərimizə qarşı öz çirkin məqsədlərindən əl çəkmirlər. İşğal olunmuş torpaqlarımızın azad olunması əməliyyatından qorxuya düşən Ermənistan hərbi siyasi hakimiyyəti indi də Naxçıvan tərəfdən təxribata hazırlaşır. Şübhəsiz ki, burada da ordumuz düşmənin təxribatına layiqli cavab verəcəkdir.

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …