Şənbə , 10 Yanvar 2026

Cəmiyyət

Mühacirlə bağlı təzyiqlər davam edir….

Klassik Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon şöbəsindən redaksiyamıza daxil olan məlumata görə 18 oktyabr 2024-cü il tarixində günorta saat 15 radələrində KXCP fəallarından olan Afər Quliyevin Ağstafa rayonu M. Ə. Rəsulzadə ünvanında yerləşən yaşayış evinə Ağstafa rayon Polis İdarəsinin əməkdaşları tərəfindən basqın edilmişdir. Əməkdaşlarımız hadisə yerinə gedərək həmin ünvanda yaşayan Afər Quliyevin atası Nöfəl Quliyevlə həmsöhbət oldular. Nofəl Quliyevin bildirdiyinə …

Read More »

Bir qrup şəhid ailəsi aksiya keçirib

Onlar təzminat və mənzillərin verilməməsindən şikayətçidirlər Boyukmillet.com xəbər verir ki, oktyabrın 9-da 1990-cı il 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları Şəhidlər Xiyabanında aksiya keçiriblər. Şəhid ailələri həlak olan yaxınlarına görə onlara təzminat, döş nişanı, mənzillərin verilməməsindən şikayət ediblər. Bildiriblər ki, aidiyyəti qurumlar onları qəbul etmir, şikayətlərini dinləmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin …

Read More »

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz aksiyası keçirib. Boyukmillet.com xəbər verir ki, qurumun fəalları Ədliyə naziri ilə görüş tələb ediblər. Ətraflı videsujetdə: Ayna Fərhad

Read More »

Daha bir həkim səhvi: Yalnış diaqnozla xəstəni kor etdilər -VİDEO

Jurnalist Razi Abbasbəyli “Badam” klinikasında atasının başına gətirilənlərdən danışıb. Boyukmillet.com xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında videomüraciət paylaşıb. Jurnalist deyir ki, o,  atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib. R.Abbasbəylinin sözlərinə görə səhv diaqnoz qoyan həkim atasının gözünü əməliyyat edib. Nəticədə problem nəinki aradan qalxmayıb, jurnalistin atası gözünü itirib.  T. Abbasbəyli bunun həkim səhvi ucbatından olduğunu …

Read More »

Əli Babayevin 70 illik yubileyidir

Bu gün, avqustun 12-də “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi”nin rəhbəri Əli Babayevin 70 yaşı tamam olur. Əli müəllim ömrünü xalqa həsr etmiş insanlardandır. Ömrünün son 25 ilini  Gürcüstan azərbaycanlılarına, onların Gürcüstan cəmiyyətinə intiqrasiyasına və cəmiyyətdə layiqli yerlərini tutmalarına, problemlərinin aşkar olunaraq həll olunmasına həsr edən Əli Babayevi haqlı olaraq xalqın adamı adlandırırlar. Azərbaycanlıların Gürcüstan cəmiyyətində layiqli yerlərini tutmasını təşkilatlanmış fəaliyyətə çevirmək …

Read More »

Naxçıvanda mina partlayışı: bir nəfərin vəziyyəti ağırdır

Hadisə yerinin minalardan təmizlənməmiş ərazi olduğu bildirilir Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda mina partlayışı olub. Hadisə avqustun 11-də rayonun Ermənistanla təmas xətti olmuş “Qanlıgöl” yaylağı adlanan ərazisində baş verib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, hadisə yeri minalardan təmizlənməmiş ərazi olub. Mina partlayışı nəticəsində Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Prokurorluğun …

Read More »

Kredit və aliment borcu olanlar Qarabağa buraxılmır – DİN təsdiqlədi

Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar. Belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq. Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən …

Read More »

Osmanovlar ailəsi imdad diləyir

Səhər saatlarında redaksiyamıza Kəmalə Osmanova adlı bir xanım ağlayaraq zəng edərək onların problemlərinin dözülməz olduğunu və ailəyə kömək məqsədilə məsələnin ictimailəşdirilməsini xahiş etmişdir. Vətəndaş tərəfindən edilmiş müraciətə əsasən əməkdaşımız Kəmalə xanımın yaşadığı ünvana gedərək ailənin problemləri ilə yaxından tanış olmuş və onlardan aşağıdakı münasibəti öyrənib.Kəmalə xanım bildirmişdir ki, onun həyat yoldaşı hal hazırda ağır epilepsiyadan əziyyət çəkməkdədir .Oğlu Osmanov Xəyal, …

Read More »

Rəşad Nəbiyevin uğursuz taksi islahatı: yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bugünlərdə verdiyi açıqlama ciddi hiddət doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə, daha doğrusu tənqidlərə yol açıb.O sevinərək bildirib ki, “islahatlar” nəticəsində şəhərdə taksilərin sayının 65 mindən 35 minə enib. Bunu yaxşı xəbər kimi xarakterizə edib. Amma əslində nə baş verir? Bu yöndə olan bir neçə müşahidəni diqqətinizə çatdırmaq istərdim.“İslahatlar” başlayandan sonra, demək …

Read More »

Azərbaycanda tütün məmulatlarının və içkilərin qiyməti artacaq

Nazirlər Kabineti aksiz vergisini qaldırdı Azərbaycana idxal edilən tütün məmulatları və içkilərin aksiz vergisi artırılıb. Nazirlər Kabineti Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələri ilə bağlı qanuna dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, idxal edilən etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb. Üzüm çaxırının …

Read More »