Şənbə , 18 May 2024

Cəmiyyət

Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi

Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Fondun Prezidenti Mehriban Əliyeva tapşırıq verib. Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Read More »

“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri – SİYAHI

Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup media təmsilçisi, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai xadimlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunublar. Bu gün medalların təqdim olunma mərasimi keçirilib. “Cümhuriyyət medalı” alanların tam siyahısı elan olunmasa da, onlardan bir çoxunun  özü bu haqda məlumat paylaşıb. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunanlar arasında aşağıdakı …

Read More »

Elmar Məmmədyarov: “Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mövqeyi dəyişilməzdir”

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən (XİN) Musavat.com-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, rəsmi Bakının təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib. Bakıya səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş …

Read More »

Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb – FOTO

Bakıda yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Bakmil” metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi “Honda CRV” minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanlı rus məmurların üzərinə benzin tökdü

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı sahibkar saxlanılıb.O, Cənub Sahil parkında kafeni sökmək istəyən məmurları benzinlə yandırmağa cəhddə ittiham olunur. Onun barəsində hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.Məsələ burasındadır ki, Əmlaka Nəzarət Komitəsinin nümayəndələri icarəyə müqaviləsi olmadan çalışan kafeni sökmək üçün əraziyə gəliblər. Bu zaman kafeni işlədən Nürəddin adlı azərbaycanlı onlara hücum edərək məmurların üzərinə benzin töküb.10 …

Read More »

“TRT World”ün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı sənədli film Hollivud Beynəlxalq Film Festivalının mükafatını qazanıb

“Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” adlı sənədli film daha dörd nominasiya üzrə beynəlxalq mükafatlara namizəddir “Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb. AZƏRTAC xəbər verir ki, sənədli film daha dörd nominasiya üzrə beynəlxalq mükafatlara …

Read More »

Prezident İlham Əliyev xalqın problemlərinə həssaslıqla yanaşır – Baş Nazir

“Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab Prezident İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur”. Bunu Baş Nazir Novruz Məmmədov deyib. O bildirib ki, fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur: “Mənim işim ondan ibarətdir ki, xalqa xidmət …

Read More »

İlham Əliyevin medalla təltif etdiyi ALİM – FOTO

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya …

Read More »

Sabir Rüstəmxanlı: “Dağlar ermənilərin, dəniz də öz “ermənilərimizin” əlindədir…”

“Bu problemlərə görə, camaat baş götürür gedir balkanlara, Rusiyaya… Azərbaycan camaatı öz ölkəsində istirahət edə bilmir, yetim-yesir kimi düşüblər başqa ölkələrə”. Bunu Vətəndaş Həmrəyliyinin Partiyasının sədri, Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı deyib. Məmurlar tərəfindən Xəzər dənizinin hasarlanmasına etirazını bildirən Xalq şairi bu məsələnin dəfələrlə qaldırıldığını xatırladır. S. Rüstəmxanlı bildirir ki, Xəzərin sahilində əksər yerlər düzənlikdir,  bir neçə yerdə yüksəklik var və …

Read More »

Aydın Canıyev Əlikram Hümbətovu DARMADAĞIN etdi

“TMR yaratdın, ağzını cırıb, Azərbaycan himni oxutdularmı? “Otxod” kimi simvolik olaraq Hollandiyaya yola saldılarmı aeroportdan? Get dalını düşün də – həm məcazi, həm də müstəqim mənada!” Musavat.com-dan: Tanınmış jurnalist Aydın Canıyev yeni bir məqalə ilə çıxış edib və Səngər adlı Facebook səhifəsində yayıb. Yazının ictimai əhəmiyyətini nəzərə alıb, onu yayınlayırıq. *** Xəstə vücudun hallyüsinasiyaları, amma gerçək sifətdə Milli varlığın etirafı …

Read More »