Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Boyukmillet.com təbriki təqdim edir:

Əziz həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, əziz bayram günlərində xoş əhval-ruhiyyə, can sağlığı və səadət arzulayıram.Novruz Azərbaycan xalqının uzun əsrlərdən bəri qeyd etdiyi bayramdır.Vətənimizin hər güşəsində el adət-ənənələrinə uyğun olaraq böyük sevinc içində keçirilməkdədir. Novruz xalqımızın öz tarixi-mədəni keçmişinə və milli-mənəvi dəyərlərimizə bağlılığın mühüm göstəricisidir.
Bu il Novruz bayramını dünyanın böyük bir hissəsini bürümüş və ölkəmizdə də mövcud olan “KORONAVİRUS”la mübarizə şəraitində qarşılayırıq. Xalqımız min illər boyu bu məlum virusdanda ağır hadisələrlə qarşılaşıb.Bütün ağır məşəqqətlərə qarşı mübariz və əzimli olub. Bu vəziyyətdə də inanıram ki, dövlət və xalq olaraq az bir ziyanla çətin günləri geridə qoyacağıq.
Bütün dünya Azərbaycanlılarına Novruz bayramını hər il olduğu kimi yüksək əhval-ruhiyyə ilə qarşılamağı, gözəl bayram abu-havasında olmağı arzulayıram.
Bayramınız Mübarək!

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …