Bazar ertəsi , 8 Dekabr 2025

Cəmiyyət

Naxçıvan nümayəndəliyinin rəhbəri Hindistan Səfirliyinin tədbirində iştirak edib – FOTO

Hindistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Bavitlunq Vanlalvavnanın dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Respublika Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib. Məlumatı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi yayıb.  (Qlobal.az)

Read More »

Bakıda uşaq oğurluğunda ittiham olunan qadın tapıldı – Rəsmi+ Fotolar

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”. Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib. “Araşdırmalar …

Read More »

Özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib

Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, “Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb. Bildirilib ki, hələ ötən ilin noyabr …

Read More »

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Davosdan yazdı RƏY

Oktay Hacımusalı: “Prezident İlham Əliyev bu mesajı sadəcə həmin moderatora deyil, bütün dünyaya verdi” “Davosda keçirilən beynəlxalq iqtisadi forumda özünə görə Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi rəy yaratmağa çalışan görüşün moderatoruna cənab Prezident tarixi bir cavab verdi və diplomatik bir dillə anıatmağa çalışdı ki, rəsmi Bakı öz dəstəyini xalqından alır”. Bu fikirləri SİA-ya Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist və siyasi analitik …

Read More »

İran Mədəniyyət Mərkəzi həddini aşdı – Bakıda SEPAH generalı Qasım Süleymani üçün yazı müsabiqəsi keçirilir

Bakıdakı İran Mədəniyyət Mərkəzi Bağdadda öldürülmüş İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin xatirəsinə həsr olunmuş poeziya, musiqi, məqalə, rəsm və klip müsabiqəsi keçirəcək. İRNA-nın məlumatına görə, generalın ölümündən sonra İran Mədəniyyət Mərkəzinə “bu böyük generalın cəsarəti haqqında çox sayda ədəbi və bədii əsərlər” verilib. “Tədbir zamanı qaliblərə mükafatlar təqdim ediləcək”, – məlumatda  deyilir. Tədbirin keçiriləcəyi tarix və vaxt açıqlanmır. …

Read More »

Fəzail İbrahimli Cəlilabadda seçicilərin problemlərini dinlədi – FOTOLAR

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayon Privolnoye kəndində əhali ilə görüş keçirib. Hər yerdə böyük coşqu ilə keçən görüşlərdə əhali öz problemlərindən danışıb və namizədə onları maraqlandıran suallarla müraciət edib. Boyukmillet.com xəbər verir ki, Fəzail İbrahimli seçiciləri qarşısında öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir …

Read More »

Nəsimi Qarabağlı: Tərəqqi və İnkişafa doğru, İslahatlara Davam!

Əziz 83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNİN SEÇİCİLƏRi ƏZİZ VƏ DƏYƏRLİ SEÇİCİLƏRİM! Qarşıdan 9 FEVRAL – MİLLİ MƏCLİSƏ SEÇKİLƏR GÜNÜ GƏLİR. Mən, Həsənov Nəsimi Novruz oğlu (Nəsimi Qarabağlı) bu seçkidə üzümü Sizlərə tutaraq sosial mənşəyində və siyasi baxışlarından aslı olmayaraq, kişi-qadın, yaşlı-cavan, varlı-kasıb, fəhlə, ziyalı demədən SİZLƏRİN- 83 saylı AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNİN BÜTÜN SEÇİCİLƏRiNİN yanında olmaq, SİZLƏRLƏ birgə qayğılandırılan məsələlərdən və …

Read More »

Tanınmış televiziya aparıcısından Möhsüm Aslanova dəstək

Eldə bir məsəl var: Dostunu göstər, kim olduğunu deyim. Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Rafiq Həşimov 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanovu belə tanıyır. Siz də bir daha bu dağlar oğlu, türk oğlunu tanıyın, səsinizi ona vern ki, səiniz eşidilsin!!! Mən Möhsün Aslanovu 1991-ci ildən tanıyıram.Biz BDU-nun jurnalistika fakültəsində bir qrupda təhsil almışıq.Möhsün tələbəlik illərində …

Read More »

BAKIDA DAHA BİR RAYON YARADILACAQ: “Bu istiqamətdə iş aparılır”

“Keçən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır”. Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.  Ə. Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır: “Romanın …

Read More »

MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparacaq

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymtləndirilən hərəkətləri qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi …

Read More »