Çərşənbə axşamı , 30 Aprel 2024

Cəmiyyət

Orta aylıq ƏMƏKHAQQI və CƏRİMƏLƏR: “Azərbaycanda tətbiq olunan cərimələrin məbləği yüksəkdir”

Son günlər bəzi ölkələrdə karantin cərimələri silinib. Bu bizim cəmiyyətdə də müzakirələrə səbəb olub. Vətəndaşlarımız karantin cərimələrinin silinməsini tələb edirlər. Bəzi ekspertlər isə bildirir ki, bəzi nəzarətedici və idarəedici orqanlar məqsədli olaraq cərimələri artırırlar. Maraqlıdır, Azərbaycanda tətbiq olunan cərimələr  orta aylıq əməkhaqqına uyğundurmu ? Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı Editor.az–a danışan iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, karantin dövründə …

Read More »

Oktyabrın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirib. O bildirib ki, …

Read More »

“Zəfər tarixi” dərsliyi çap olunub

2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün …

Read More »

“Benzinin qiymətinə ildə üç dəfə artım gəlməsi nə deməkdir?”

“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”.  Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etirazını bildirib:  “Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu …

Read More »

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəliyulla Novruz dünyasını dəyişib. Qeyd edək ki, V.Novruz Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Uzun müddət Uzuntəpə kənd 2 saylı orta məktəbində Azərbaycan dil və ədəbiyyat müəllimi işləyib. Allah rəhmət eləsin!

Read More »

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı – VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib. İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik …

Read More »

“Qardaşlığımızın Dünəni, Bu Günü və Sabahı” adlı tədbir keçirilib

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə Gəncliyə Yardım Fondunun ofisində “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə Bakının qurtuluşu yolunda, Çanaqqala döyüşlərində, həmçinin birinci və ikinci Qarabağ döyüşlərinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş dövlət …

Read More »

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib. DYP-dən  daxil olan müraciətdə deyilir: “15 sentyabr 2021-ci il tarixdə saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub. 1-ci marşrut: …

Read More »

Dövlət Agentliyi COVID-19 pasportunun yoxlanılması hallarını açıqlayıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi COVID-19 vaksin və ya immunitet sertifikatının “CheckApp” mobil tətbiqi vasitəsilə çevik şəkildə yoxlanılması üçün tövsiyələr hazırlayıb. Dövlət Agentliyindən  bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarının 2.5-5.3-cü yarımbəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində – qapalı məkanda göstərilən xidmətlərdən …

Read More »

Ramiz Mehdiyevin kürəkəni əmlaklarını satışa çıxardı – Vergi borcu +Fotolar

Verilən məlumata görə, sabiq deputat İlham Əliyev təyin olunan vergi cəriməsini ödəmək üçün 1 ay vaxt istəyibEks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. Boyukmillet.com  xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. …

Read More »