Şənbə , 27 Aprel 2024
Drone Cameras

İlqar Gülmalıyev “Əhd eləmişdim ki Qarabağımız azad olunsun…”

“Əhd eləmişdim ki Qarabagımız azad olunsun,gedim dogma yurdumda qurbanlar kəsim. O anı səbirsizliklə gözləyirəm.
Ancaq bununla belə, qürbət eldə olsamda, bu missiyanı elə burada da yerinə yetirirəm.”

Bu sözləri hazırda Türkiyədə yaşayan soydaşımız, iş adamı İlqar Gülmalıyev deyib. İlqar müəllimin  əslən Laçındandır. El-obasının düşmənlərdən təmizlənməsi, azadlığına qovuşması onun gücünə güc qatıb. Qarabağ, Şərqi Zəngəzur müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının siyasəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində azad edildikdən sonra İlqar Gülmalıyev kimi neçə insanın, ailənin həsrətinə son qoyuldu. İlqar müəllim deyir ki, qələbəmizin memarı cənab İlham Əliyevdir və biz ona ömrümüz sonuna kimi minnətdarıq. Təşkilatçısı, təşəbbüskarı olduğu bütün tədbirlərdə də minnətdarlıq hissini bildirir.

İlqar Gülmalıyev Azərbaycandan, Türkiyədən başqa Moldovada da fəailiyyət göstərir. Kişinyovda yerləşən Moldova İslam Mədəniyyət Mərkəzinin inşası onun maddi-mənəvi yardımı ilə baş tutub. Moldova İslam Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan müsəlmanların yeganə ibadət məkanıdır. Mərkəzdə uşaqlar və gənclər üçün mədrəsə, yataqxana və ibadət otaqları fəaliyyət göstərir. Bu mərkəzdə daim müxtəlif mərasimlərin, tədbirlərin keçirilir. Bu yaxın zamanda İlqar Gülmalıyevin təşəbbüsü ilə təşkil olunmuş belə tədbirlərdən biri də Azərbaycandakı prezident seçkilərinin nəticələrinə həsr olunub. Prezident İlham Əliyevin qələbəsi münasibəti ilə qurbanlar kəsilib. İlqar Gulmalıyev müstəqil Azərbaycan tarixində ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində keçirilən prezident seçkilərinin əhəmiyyətini qeyd edib:

“Mən çox qürurluyam ki, bu seçkilər 32 il işğal altında olan, doğulub böya çatdığım Laçın şəhərində, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada, Xankənddə, Zəngilanda, Ağdamda və digər işğaldan azad olunmuş şəhərlərimizdə keçirilib. Xankənddə seçkilərdə iştirak edən dövlət başçısı yenilməz və əbədi fatehdir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsinə əbədi imza atmış şəxsiyyətdir”.

Bu il Novruzun gəlişi həm də Ramazana təsadüf edib. Bu günlərdə də əslən Laçından olan azərbaycanlı iş adamı İlqar Gülmalıyev bayram sovqatları, süfrələri ilə baharı qarşılayanların, oruc tutanların yanındadır. Mən də öz adımızdan qürbətdə üzümüzü ağ edən həmvətənimiz İlqar Gülmalıyevin Novruz bayramını, qarşıdan gələn müqəddəs Ramazan bayramını təbrik edir, ona bu fəailiyyətində uğurlar diləyirəm.

Füzuli Cavadzadə

Sima Babayeva

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …