Cümə axşamı , 9 May 2024

Cəmiyyət

Azərbaycanda barmaq izi əsasında kiçik kreditlərin verilməsinə başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu brədə nazirlik məlumat yayıb. Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə …

Read More »

Yaxın günlərdə ali məktəblərə sənəd qəbulu elan olunacaq

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının …

Read More »

Bu gündən kolleclərə və rezidenturaya sənəd qəbulu başlayır

Bu gündən 2021/2022-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbuluna start verilir. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ərizələrin qəbulu iyunun 8-dək internet vasitəsilə aparılacaq: “Kolleclərə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması …

Read More »

Metro və avtobuslar şənbə-bazar günləri işləməyəcək – RƏSMİ

Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq. Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O qeyd edib ki, şənbə və bazar günləri üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni həm avtobus, həm də metro həftənin I-V günləri işləyəcək”.

Read More »

Deputat Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Sumqayıt fəalları ilə görüşüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti iclası Sumqayıt şəhərində keçirilib. İclas Millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə baş tutub. Pandemiya və karantin qaydalarını nəzərə almaqla baş tutan iclasda ölkədəki mövcud vəziyyət, Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icrası, qarşıda duran vəzifələr və s. məsələlər müzakirə olunub. İclası Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Millət vəkili Əziz …

Read More »

Prezidentin köməkçisi: “Ölümlə lotereya oynamayın” – “Anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”

“Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. …

Read More »

Rəsmi xəbərdarlıq: Azərbaycanda işçilərinin COVİD-19 pasportu olmayan obyektlər bağlanacaq

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”. Boyukmillet.com  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib. O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və …

Read More »

Operativ Qərargahdan toylarla bağlı açıqlama

“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportların tətbiqi yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib. “Amma gələcəkdə COVID pasportu olan …

Read More »

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq – Qaydalar

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər …

Read More »

Bakı metrosunun fəaliyyəti və regionlara nəqliyyatın hərəkəti bərpa olunur

Mayın 31-dən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunacaq. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Bundan başqa, onun sözlərinə görə, həmin tarixdən regionlara da nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Read More »