Çərşənbə axşamı , 7 May 2024

Cəmiyyət

Türkiyə-Rusiya Monitorinq Mərkəzində Novruz şəniliyi – VİDEO

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.

Read More »

Vətəndaş cəmiyyəti qurumları Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. 30 il Ermənistan silahlı …

Read More »

Yevlax Gənclər Evində Novruz bayramı tədbiri keçirildi

Boyukmillet.com xəbər verir ki, Yevlax Gənclər Evinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilmişdir. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Yevlax Gənclər Evinin direktoru Elgün Əzizov və İSBAM-ın (İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi) sədri Samir Adıgözəlli Vətən müharibəsi iştirakçılarını və qazilərimizi təbrik edib Allahdan şəhidlərimizə rəhmət diləmişlər. Bizə bu şanlı qələbəni yaşadan qazilərimizlə onların döyüş meydanında …

Read More »

“Yandex” Şuşanın küçə adlarını Azərbaycan dilinə dəyişdirib

Rusiyanın “Yandex.Maps” axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib. Boyukmillet.com xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəli xan küçəsi adlanır. Bundan başqa, Kazançetsots küçəsi yenidən köhnə adına – İkinci Dünya Müharibəsi qəhrəmanı Aslan Qaraşarov küçəsinə qaytarılıb. İndi Aram Manukyan küçəsi Rusiya naviqasiya xidmətinin …

Read More »

Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıb-Yenilənib

Azərbaycanda 40 yaş yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, artıq vətəndaşlar peyvənd olunmaq üçün xəstəxanlara müraciət edib.Qeyd edək ki, vaskinasiya prosesi könüllülük prinsipi ilə aparılır. Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq. Boyukmillet.com-un məlumatına görə, bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək. Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər …

Read More »

DİQQƏT! Britaniya ştammına yoluxmuş şəxslərdə bu hallar olur VİDEO

Britaniya ştammı ildırımvari sürətlə özünü göstərə bilər. Boyukmillet.com xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Fərəh Vahabova deyib. O bildirib ki, bu ştamm virusun bədəndə olan təsirlərini gücləndirib: “Bu ştamm virusun yoluxuculuq məsafəsini də qısaldıb. Britaniya ştammına yoluxan şəxslərin daha az müddətdə qızdırması qalxa və öskürməyə başlaya bilər. Bundan başqa onun əlavə təsirləri də var. Məsələn, bədəndə səpkilər, …

Read More »

“Xəstəxanalarda yeni çarpayıların açılmasına ehtiyac yarana bilər” – Professordan ŞOK xəbərdarlıq

“Yoluxma min nəfəri ötübsə, artıq üçüncü dalğadır” Son günlər koronavirusa yoluxma sayı min nəfər ətrafında dəyişir. Digər tərəfdən də təhlükəli “Britaniya ştammı” Azərbaycanda da peyda olub və uşaqlar üçün də təhlükəli olduğu deyilir. Görəsən, ekspertlər bu dönəmlərdə insanlara nə kimi tövsiyələr edirlər? Novruz bayramında qapanmalar  lazımdımı? Xəstəxanalarda çarpayı problemi olmayacaq ki? 3-cü dalğa başlayarsa, nə qədər davam edə bilər? Bu …

Read More »

Şəhid ailələri bayram münasibətilə ziyarət olundu -FOTO

Novruz bayramı münasibətilə şəhid, qazi və veteran ailələri ziyarət olunub. Bu barədə məlumatı Lent.az-a  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Ekspert bildirib ki, hər il şəhid, qazi və veteran ailələri ziyarət olunur. Onun sözlərinə görə, bu ziyarətlər həmin ailələrin problemlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin …

Read More »

İSBAM sədri xalqımızı təbrik etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib. Boyukmillet.com təbriki təqdim edir. Əziz bacılar və qardaşlar!Novruz bayramı münasibəti ilə hər birinizi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Novruz-Bahar bayramı, torpağın oyanması bolluq bərəkət rəmzi olmaqla yanaşı həmdə milli bayramımızdır. Novruz adət-ənənələrimizi, tariximizi milli ruhumuzu ayaqda tutan bir bayramdır. Çətin …

Read More »

Hacı İbrahim Nehrəmli borca görə məhkəməyə verildi

İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Martın 12-də hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 5-nə təyin edilib. MMC-nin vergi borcuna görə məhkəməyə verildiyi bildirilir. Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Sahibi olduğu …

Read More »