Çərşənbə , 15 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Bu gün Azərbaycan Ordusu irəliləyərək yeni dayaq məntəqələrini azad edib

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Read More »

Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.  Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:  – 250-dək tank və digər zirehli texnika;  – 270-dək artilleriya, …

Read More »

MN: Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb. Boyukmillet.com-un xəbərinə görə, açıqlamada deyilir: “Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

Read More »

Meğri şəhərinin meri Qarabağda yaralanıb

Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. …

Read More »

Düşmən yenə Tərtərin yaşayış evlərini və mülki obyektləri atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır. Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib. Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Read More »

Rusiya və İran əcnəbi silahlıların Qarabağa cəlb edilməsindən narahatdır

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xəbərində deyilir.Qeyd edilir ki, Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə telefon söhbətinin gedişatında Suriya və Liviyadan silahlıların Dağlıq Qarabağda münaqişəyə cəlb edilməsi təhlükəsini qeyd edib. “Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş gərginləşmə …

Read More »

Rusiya ermənilərin Dağlıq Qarabağa kömək xahişini yerinə yetirmədi

Rusiya prezidenti Vladimir Putinə erməni əsilli biznesmenlər Ruben Vardanyanın və Samvel Karapetyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmək xahişi barədə məlumat veriblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə RBK-ya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Əlbəttə, prezidentə bütün müraciətlər barədə bildirilib”, – Kremlin nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, biznesmenlərin müraciətlərinin emosional tonu tamamilə aydındır. Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatları …

Read More »

Təmas xəttində raket, 598 bombacıq və partlamış mərmi qalıqları aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi və Qaraxanlı kəndi, Ağdam rayonunun Üçoğlan, Böyükbəyli kəndləri …

Read More »