Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, o, özünün tvitterdəki hesabında Dağlıq Qarabağla bağlı paylaşım edib. Natali Qule yazıb: “Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”. O, paylaşımına Azərbaycan və Fransanın bayraqlarının şəkillərini də əlavə edib. Qeyd edək ki, Natali Quli dəfələrlə Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq …
Read More »Rusiya Naxçıvana gedəcək yolla bağlı işlərə başladı
Ermənistandakı Cənubi Qafqaz Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti Rusiya sərhədçiləri ilə birgə Mehrini ziyarət ediblər. Boyukmillet.com axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, bölgəni ziyarət edənlər yerli şəraiti öyrənməyə çalışıblar. Qəzet bu səfərin Qarabağ Bəyanatında yer alan Naxçıvana yolun açılması ilə əlaqədar olduğunu bildirib.
Read More »Bölmələrimizin Kəlbəcərə Daşkəsəndən daxil olmasının görüntüləri
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Boyukmillet.com Azərbaycan bölmələrinin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir.
Read More »Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
“Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil”. Boyukmillet.com-un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib. O, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb etdiklərini diqqətə çatdırıb. Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 …
Read More »Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb
“Dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb”. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr təşkil edəcək. Yolun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə …
Read More »Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib
Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq. “Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, – V.Karapetyan bildirib. Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.
Read More »Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən artıq erməni diaspor təşkilatı da tələb edir. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var. Qeyd edək ki, Ermənistan …
Read More »Çay üstündə qala – Kəlbəcər
Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün – noyabrın 25-də isə rayon …
Read More »Mehriban Əliyeva Kəlbəcərin azad edilməsi münasibəti ilə xalqı təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! …
Read More »Kəlbəcər əhalisinin sayı açıqlanıb
Bu gün Ermənistanın işğalından azad edilən Azərbaycanın Kəlbəcər rayonun əhalisinin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, 2020-ci ilin yanvarın 1-i tarixinə olan məlumata əsasən, rayonun əhalisi 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb
Read More »