Şənbə , 23 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Prezident: “Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar göstərişlər verilib”

“Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi …

Read More »

Prezident Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi

“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”. Boyukmillet.com  xəbər verir ki, …

Read More »

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar bu günü təsadüfən seçməyiblər. Boyukmillet.com  erməni KİV-inə istinadən bildirir ki, tanınmış erməni generalı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun Ermənistanın baş naziri Nikol Paşinyana yazdığı açıq məktubda belə deyilir. İ.Xaçaturov qeyd edir ki, noyabrın 25-də Livan əsilli məşhur erməni terrorçusu Monte Melkonyanın doğum günüdür. Melkonyan 1993-cü …

Read More »

MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub

“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil …

Read More »

Kəlbəcər zəngin təbii resurslara və turizm potensialına malikdir

İşğaldan azad olunan Kəlbəcər rayonu inzibati-ərazi vahididir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıb, ölkənin ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Boyukmillet.com  xəbər verir ki, bu barədə İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin şərhində bildirilir. “Kəlbəcər rayonu …

Read More »

Kəlbəcərin kosmosdan görüntüsü

“Azərkosmos” ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun “Azersky” peyki ilə çəkilmiş görüntüsünü yayıb. Boyukmillet.com-un məlumatına görə, səhmdar cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir: “Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur. İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” …

Read More »

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu barədə Boyukmillet.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.Gün ərzində Kəlbəcərdən foto …

Read More »

Pentaqon Qarabağ Bəyanatına münasibət bildirdi

“Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli Bəyanatının nəticəsinə əsasən nail olunmuş Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmaya hazırda riayət edilir və Amerika tərəfi hadisələrin belə inkişafını alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Xoşbəxtlikdən deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə …

Read More »

Bu gün Kəlbəcər işğaldan azad edilir

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunur. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. …

Read More »