Şənbə , 23 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Türk Şurasından Bayraq Günü təbriki

“Qardaş Azərbaycan xalqını və hökumətini 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin təbrik məktubunda qeyd olunub. “Bu əlamətdar gün münasibətilə Azərbaycan bayrağının daşıdığı xüsusi mənanı bir daha vurğulamaq istəyirik. Mavi zolaq Azərbaycanın türk mirasını simvolizə edir, qırmızı zolaq müstəqil və çağdaş bir dövlətin qurulmasında …

Read More »

MN: Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub

Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Boyukmillet.comAzərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi …

Read More »

Xankəndidən qaçan erməni həkimdən şok sözlər: Hər yerdə ölü və yaralı əsgər…

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə qalan bütün qadınlar və uşaqlar təcili təxliyə olunmuşdu.  Ən son təxliyə olunanlardan biri erməni həkim maraqlı faktlar açıqlayıb.  O bildirib ki, bütün qohumları artıq Yerevandadır: “Mən həkiməm. Sona qədər gözlədim ki, bəlkə vəziyyət bizim üçün düzələr. Amma belə olmadı. Çalışdığım xəstəxanada çox sayda yaralı və ölmüş erməni əsgər var idi. Çox dəhşətli idi”. Həkim …

Read More »

Şuşa şəhəri işğaldan azad edildi

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Boyukmillet.com xəbər verir ki, bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib. Dövlətimizin başçısı deyib: “Bu tarixi bir …

Read More »

“Hücum o qədər şiddətli idi ki, geri çəkilməli olduq” – Şuşada yaralanan erməni əsgərinin fransız jurnalistə dedikləri

Fransanın məşhur “Le Monde” nəşrinin jurnalisti Dağlıq Qarabağdan birbaşa reportaj hazırlayıb. Boyukmillet.com həmin yazını təqdim edir: “Qarabağ münaqişəsinin açarı “Şuşa döyüşü” ən şiddətli məqamına çatmaqdadır. Azərbaycan Ordusu 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdı. Bu şəhərdə döyüşlər azərbaycanlıların xeyrinə davam edir. Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlar üst-üstə yığılıblar, Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı …

Read More »

Ermənistan Bərdəni atəşə tutdu, 16 yaşlı yeniyetmə həlak oldu

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən  bildiirlib ki, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur. Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi …

Read More »

Qubadlı-Laçın istiqamətində düşmən mövqeləri ataraq qaçıb

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

Read More »

ASALA Qarabağda ön cəbhədə döyüşür – Araşdırma

ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür. Boyukmillet.com Trend-ə istinadən xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub. Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb. Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı …

Read More »

“Sərsəng”də terror törətmək istəyən PKK üzvləri MƏHV EDİLDİ

Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib. Gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların “Sərsəng” SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb. Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv …

Read More »