Şənbə , 23 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

İşğaldan azad olunan Cəbrayıl şəhəri və kəndlərinə mediatur təşkil olunub

İşğaldan azad olunan Cəbrayıl şəhəri və rayonun kəndlərinə mediatur təşkil olunub. “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonunun kəndlərində olublar.“Report” ilk dəfə olaraq işğaldan azad edilən ərazilərin fotolarını təqdim edir.

Read More »

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, iclas iştirakçıları həmçinin Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Read More »

İki müsahib: qalib Prezident və anlaqsız baş nazir

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri – torpaqları işğal edilən Azərbaycanın prezidenti İlham Əliyev və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan RİA Novosti agentliyinə müsahibə veriblər. Hər iki ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb. Ancaq verilən cavablardan ortaya ümumi olaraq belə bir mənzərə çıxır: Bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lideri, digər tərəfdə isə öz ölkəsini …

Read More »

Ermənilər Suqovuşan hidroqovşağında bütün avadanlığı yararsız hala salıb

Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib. Onun …

Read More »

XİN uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycan Respublikasında uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumat yayıb. Boyukmillet.com-un xəbərinə görə məlumatda deyilir: “Təxminən otuz on ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq azərbaycanlı …

Read More »

Prezident: “Ermənistanda bu çirkin siyasət davam edərsə, peşman olacaqlar”

“Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq, …

Read More »

İlham Əliyev: “Bizdə heç bir əcnəbi muzdlu yoxdur”

Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya …

Read More »

Ermənistanın mülki əhaliyə vurduğu ziyan barədə son məlumat

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 47 mülki şəxs qətlə yetirilib, 222 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 301, çoxmənzilli yaşayış binalarının sayı 84, yaşayış evlərinin sayı isə 1 669-dir.

Read More »

MN: Erməni hərbçiləri və muzdluların bir qismi döyüşə girməkdən imtina edib

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub. Məlumata görə, Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi …

Read More »