“Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 …
Read More »MN Ermənistan raketinin göydə vurulması ilə bağlı açıqlama yaydı
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atdığı raketin göydə zərərsizləşdirilməsi ilə rəsmi açıqlama yayıb. Boyukmillet.com-un xəbərinə görə, açıqlamada deyilir: “Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib”.
Read More »Danışıqlar başlayır – döyüşlər gündəlikdədir
Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır. Bu, həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyanın beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində həm atəşkəs, həm şərtlər açıqlanıb: …
Read More »Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu
Sentyabrın 27-dən başlayaraq cəbhə boyu gedən döyüşlərdə Azərbaycan Ordusu həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycanın hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə …
Read More »Ermənilər Mingəçevir və Ağcabədini intensiv atəşə tutur
Hazırda düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Read More »İşğalçını dəstəkləyən Almaniya Azərbaycanın haqqını tapdayır
Danışıqlar, atəşkəs rejimi fayda vermədiyindən Azərbaycan işğal altında olan torpaqlarını əks-hücumla azad etməyi qərara aldı. Azərbaycanın ərazi bütövüyünü təmin edib, bir milyondan çox məcburi köçkün vətəndaşını öz evlərinə qaytarmaq cəhdini beynəlxalq vasitəçilər birmənalı qarşılamır. Baxmayaraq ki, 30 ildir onların fəaliyyətsizliyi səbəbindən Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb. Yaranmış vəziyyətə uyğun olaraq təbii belə bir sual yaranır: Almaniya və Fransa da daxil …
Read More »Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüşü keçirilir
Gürcüstanın Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyası keçirirlər. Boyukmillet.com yerli bürosu xəbər verir ki, əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndirirlər. Askiya çərçivəsində avtomobil karvanı da təşkil olunub. Yürüş “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə davam etdirilir.
Read More »İndiyədək ermənilər 31 mülki şəxsi qətlə yetirib, 164 nəfəri yaralayıb
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetiririlib, 164 nəfəri isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 054-dür.
Read More »Ermənilərin Qarabağda dağıtdığı məscidlər
Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Boyukmillet.com …
Read More »Azərbaycan əsgəri: “Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür. Boyukmillet.com xəbər verir ki, videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır. Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər: “Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün …
Read More »