Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan əsgəri: “Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”

Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür.

Boyukmillet.com xəbər verir ki, videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır.

Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər:

“Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …