Cümə , 22 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Ombudsman Aparatının Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin …

Read More »

Prezident: “Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir”

“Onu da bildirməliyəm ki, uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini …

Read More »

Azərbaycan Prezidenti: “Hanı o şərt? Cəhənnəmə getdi”

“Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? …

Read More »

İlham Əliyev: “Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”

“Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə …

Read More »

“Məktəbləri hərbi hissə kimi istifadə edirdik” – Zori Balayanın oğlu

“Kəşfiyyat taboruna (Qarabağda Ermənistan silahlı qüvvələrinin 178-ci kəşfiyyat taboru yerləşirdi – “Report”) daxil olan bizim qrupda 27 nəfər var idi. Onlardan 4-ü öldü, 12-si yaralandı”. Boyukmillet.com  xəbər verir ki, bunu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Zori Balayanın döyüşlərdə iştirak edən oğlu Hayk Balayan söyləyib. H.Balayan müsahibəsində cərrah olduğunu, müharibənin ilk günlərində isə silaha əl ataraq cəbhədə hərbi xidmətdə olan 18 yaşlı oğlunun yanına getdiyini …

Read More »

“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”

“Ermənistan dövlət sərhədində Rusiya sülhməramlıları dayana bilməz, Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır”. Üçtərəfli razılaşmaya əsasən, bu gün Laçın rayonu boşaldılıb, Azərbaycana təhvil verilib. Amma razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin də Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir… Mövzu ilə bağlı “Turan” agentliyinə açıqlama verən Milli Məclisin sədr müavini Fəzail …

Read More »

Ermənistan prezidentinin eks-müşaviri: “Biz tarixən məğlub olmağa öyrəşmişik”

Ermənistan prezidentinin keçmiş baş müşaviri (1994-1997), Miçiqan universitetinin professoru, tarixçi Jirayr Liparityan BBC telekanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, Liparityan Ermənistanda hakim olan milli idelogiyanın erməni xalqına yalnız məğlubiyyət gətirdiyini etiraf edib. “Biz məğlubiyyətə və bununla barışmağa öyrəşmişik. İndi nə deyilməsindən asılı olmayaraq, biz tarixən məğlub olmağa öyrəşmişik və qələbələrə həsrətik. Hətta Birinci Qarabağ Müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə …

Read More »

Laçında Azərbaycan Himni oxundu

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycanın Dövlət Himni səsləndirilib. Boyukmillet.com  xəbər verir ki, Dövlət Himnini Azərbaycan hərbçiləri Dövlət bayrağı altında ifa ediblər. Qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və …

Read More »

Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan hərbçisi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Boyukmillet.com-un xəbərinə görə, məruzədə deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edirik.

Read More »

Türkiyə səfirliyindən Laçın təbriki

“Laçının işğaldan azad edilməsi və Azərbaycan ərazilərinə yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin tvitter səhifəsində qeyd olunub. “Qarabağ Azərbaycandır!”, – yazıda vurğulanıb. Tweets by TCBakuBE

Read More »