“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: “Ermənistan tərəfindən cılız və tamamailə reallıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan …
Read More »Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb
Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib. “Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın …
Read More »Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
“Əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks hücum əməliyyatı davam etdirrilir”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, artıq Talış kəndi ətrafında bir neçə yükəsklik işğalçı qüvvələrdən təmzilənib: «Həmişə olduğu kimi Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 ədəd tank və zirehli texnikası, 18 PUA, 8 artileriya quğusu məhv edilib. Düşmənin …
Read More »XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir
“Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlamasında bildirilib. “Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı …
Read More »Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir
Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb. Bu barədə Boyukmillet.com respublikanın Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir. Qeyd edilir ki, müvafiq əmri “Hərbi vəziyyətin hüquqi rejimi Haqqında” qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb. Xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar. Qeyd edək …
Read More »Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir
Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Read More »Fahrettin Koca: “Qardaş Azərbaycanın yanındayıq”
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət rəsmisi özünün “Twitter”dəki səhifəsində yazıb. “Ermənistan Azərbaycana xaincəsinə hücum etdi. Güclü bombardman nəticəsində çoxlu sayda mülki şəxs yaralanıb və itkin düşüb. Biz dövlətin ləyaqətinə və insanlıq dəyərlərinə uyğun olmayan bir hücumu qınayırıq. Biz qanuni cavab vermək üçün addımlar atan qardaş Azərbaycanın yanındayıq”, – nazir qeyd edib.
Read More »Tramp Dağlıq Qarabağda yaranmış vəziyyəti şərh etdi
ABŞ hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə müşahidə edir və baş verənlərin qarşısını alıb-ala bilməyəcəyini nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. “Biz bunu çox diqqətlə izləyirik. Bu (hərbi əməliyyatlar – red), yenicə baş verdi, mənə bu barədə məlumdur. Bizim bu regionda çox yaxşı əlaqələrimiz var. Görək bunu dayandıra bilərikmi”, – Vaşinqton administrasiyasının başçısı …
Read More »Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var
Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Müdafiə Nazirliyindən bildirilib ki, bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür. Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, …
Read More »Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi
“Dünən axşam saatlarında Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə iclas keçirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin erməni təxribatları barədə məlumatlandırılması ilə bağlı səfirlərimizə tapşırıqlar verilib: “Eyni zamanda Müdafiə Nazirliyi tərəfindən də davamlı olaraq məlumatlar verilir. Biz beynəlxalq təşkilatları da davamlı şəkildə məlumatlandıracağıq”.
Read More »