Cümə , 26 Aprel 2024
Drone Cameras

Fahrettin Koca: “Qardaş Azərbaycanın yanındayıq”

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət rəsmisi özünün “Twitter”dəki səhifəsində yazıb.

“Ermənistan Azərbaycana xaincəsinə hücum etdi. Güclü bombardman nəticəsində çoxlu sayda mülki şəxs yaralanıb və itkin düşüb. Biz dövlətin ləyaqətinə və insanlıq dəyərlərinə uyğun olmayan bir hücumu qınayırıq. Biz qanuni cavab vermək üçün addımlar atan qardaş Azərbaycanın yanındayıq”, – nazir qeyd edib.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …