Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, M.Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.
Read More »Tovuzda 863 nəfərə “Müharibə veteranı” vəsiqəsi təqdim olunub
Tovuz rayonunda 863 Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları və müharibə veteranları iştirak ediblər. Tədbirdə çıxış …
Read More »Prezidentin xüsusi nümayəndəsi Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Qubadlı Rayon İcra Hakimiyyətində keçirilib. Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi …
Read More »Qərbi Azərbaycandan deportasiya edilənlərin siyahıya alınması ilk mərhələdə hansı illər üzrə aparılır? – AÇIQLAMA
Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar AZƏRTAC-a açıqlamasında söyləyib.Ülviyyə Zülfiqar deyib: “Xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci …
Read More »İran adlanan yerdə soydaşlarımıza qarşı reperssiya şiddətlənib
Əli Hacı: “Son illərdə İran Azərbaycanının şəhərlərində ana dilində təhsil, Urmiyə gölünün quruması ilə bağlı etirazlarda yüzlərlə azərbaycanlı gənc İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib, çoxlarına qarşı məhkəmə işləri açılıb”. İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra rejim əleyhinə etiraz nümayişlərinin xeyli müddətdir davam etdiyi zaman ölkənin azərbaycanlıların yaşadığı bölgələrində insanlar öz tələblərini irəli sürərək aksiyalara qoşulur. …
Read More »Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb
Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında “Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçirilməsi …
Read More »“Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı və tarixi ədaləti bərpa edəcək” – RƏY
“Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı və tarixi ədaləti bərpa edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad edərək ərazi bütövlüyümüzü və tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməklə milli birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirdiyini deyən deputat bildirib ki, dövlət …
Read More »Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinləyib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik. Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə …
Read More »Salxab Məmmədov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub
Xalq rəssamı Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Salxab Məmmədov 1943-cü il yanvarın 4-də Şəki şəhərində anadan olub. Sabah onun 80 yaşı tamam olur.
Read More »Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri qeyd edilib. pic.twitter.com/DdHuEoLwCo— İlham Əliyev (@azpresident) December 30, 2022
Read More »