Daxili siyasət

Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda konfrans keçirilir. Boyukmillet.com-un xəbərinə görə, konfransda Azərbaycan Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda …

Read More »

Yasəmən Möhübbətqızı”Milli Qurtuluş Günündən başlayan yüksəlişin zirvəsi-TARİXİ ZƏFƏRİMİZDİR!”

15 iyun Milli Qurtuluş Günü tarixi qayıdışımızdır. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir.Dahi şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışı milli dövlətçilik ideyalarının gerçəkləşməsinə nail oldu. Bu bir həqiqətdir ki, məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan əbədi müstəqilliyə, tərəqqiyə qədəm qoyaraq, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.Ölkə daxilindəki gərgin vəziyyət, hakimiyyətə qarşı itaətsizlik müstəqilliyi uçuruma aparırdı. Bütün …

Read More »

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. Boyukmillet.com xəbər verir ki, bu gün Bəyannamənin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan …

Read More »

Prezidentin xüsusi nümayəndəsi: “15 iyun xalqımız üçün əsl dönüş tarixidir”

“15 iyun xalqımız üçün əsl dönüş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayan, öz doğma xalqı üçün əlindən gələni əsirgəməyən Ulu Öndər Heydər Əliyevdir. Milli Qurtuluş Günümüz mübarək!”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

Read More »

Sahibə Qafarova: “Milli Qurtuluş Günü ilə Şuşa Bəyannaməsi arasında inkarolunmaz əlaqə var”

“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi bu gün – 15 iyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın məqaləsində yer alıb. “1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv …

Read More »

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bu gün – 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü …

Read More »

QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyənnamə imzalayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyənnamə imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb. Bəyənnaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin …

Read More »

İlham Əliyev minifutbol yığmasını təbrik edib: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”

“Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, – komanda deyəndə mən bunu nəzərdə tuturam, – siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”. Boyukmillet.com-un xəbərinə görə, bunu iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib. Dövlət başçısı vurğulayıb ki, istənilən …

Read More »

Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil edəcək. “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət …

Read More »