Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi Qəbələ şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev – əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirib.

Boyukmillet.com xəbər verir ki, Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışaraq qeyd edib ki, bugünkü müstəqil və qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir. Ümummilli lider Heydər Əliyevin ideyalarının əsasında Vətən, xalq, millət sevgisinin, azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin dayandığını bildirən E.Məhərrəmov, bu ideyaların qorunmasının hər bir Azərbaycan vətəndaşı üçün mənəvi borc, həmçinin gələcək nəsillərin bu ruhda tərbiyə olunmasının ən vacib məsələlərdən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Heydər Əliyev ideyaları bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə həyata keçirilir.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu müdrik siyasi kursun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin bu gün bölgənin lider dövləti olduğunu, Azərbaycanın mühüm tarixi uğurlara və qələbələrə imza atdığını vurğulayıblar.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub, sənədli film izləyiblər.

Check Also

Deputat: Əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev siyasəti dayanır

Ümummilli Lider Heydər Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır. Boyukmillet.com xəbər …