Bazar , 19 May 2024

Daxili siyasət

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü …

Read More »

Nizami Gəncəvi Beynəlxalq mərkəzi 31 mart soyqırımı haqqında konfrans keçirəcək

Nizami Gəncəvi Beynəlxalq mərkəzi martın 31 – də hibrid formatda “yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans təşkil edəcək. Mərkəzdən verilən xəbərə görə, bu tədbir iki tarixi hadisəni birləşdirir. Belə ki, həmin gün Azərbaycanda 1918-ci il mart soyqırımı qurbanlarının yad edildiyi gün həmçinin 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasiminin keçirildiyi gündür. Konfransda anım institutlarının …

Read More »

Əli Nağıyev: “Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz”

“Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə deyib. “Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da …

Read More »

Ermənistandakı azərbaycanlı kəndləri təcili boşaldılmalı vəazərbaycanlı qaçqınlar geri qaytarılmalıdır

Fərrux kəndi ilə bağlı Ermənistan tərəfin hay-küyü növbəti erməni həyasızlığından başqa bir şey deyil. 44 günlük müharibədən ötən ilyarım ərzində 10 noyabr Bəyanatının bir sıra maddələrinin həyata keçirilməsindən israrla boyun qaçıran Ermənistanın siyasi rəhbərliyi və ermənilər elə güman etməsinlər ki, Azərbaycan öz suveren ərazilərində erməni separatçılığına əbədi olaraq göz yumacaq. Azərbaycan Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşməsinə ona görə razı olmayıb ki, …

Read More »

Fuad Muradov: “Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edəcək”

“Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsində bizə dəstək göstərmiş, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir”. Boyukmillet.com-un Türkiyə bürosu xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bursada keçirilən Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda “TDT üzv ölkələrində diasporların müasir vəziyyəti və gələcək perspektivi” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib. F.Muradov deyib ki, Ermənistan tərəfi …

Read More »

Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, nekroloqda deyilir: “Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir. Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali …

Read More »

Prezident Silahlı Qüvvələr haqqında qanuna dəyişikliyi təsdiqləyib

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri …

Read More »

Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verilib

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Çağrı Mərkəzi istifadəyə verilib. Boyukmillet.com-un xəbərinə görə, vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.

Read More »

Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə  mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə …

Read More »

Politoloq: “Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir”

“Rusiya Müdafiə Nazirliyinin məlum bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub”. Bu fikirləri  açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mahiyyət etibarilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi …

Read More »