Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik …
Read More »Prezident İlham Əliyev Vahid Əhmədovu təltif edib
Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, V.Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.
Read More »İlham Əliyev: “Təqdim etdiyimiz beş prinsip yaxşı beynəlxalq davranışı əks etdirir”
“Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın Ermənistana təqdim …
Read More »“Bu, Ermənistandan aldığımız çox yaxşı xəbərdir” – İlham Əliyev
“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq”. Bunu Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı deyib. Dövlət başçısının sözünə görə, bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır: …
Read More »Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi …
Read More »“Azərbaycan xalqı Fərrux istiqamətində atılan addımların davam etməsini istəyir” – Emin Həsənli
“Fərrux dağının çox böyük strateji əhəmiyyəti var və Ağdam önündə 9 kənd üçün önəmli bir mövqedir. Eyni zamanda gələcəkdə o zonaya tam şəkildə nəzarət üçün əhəmiyyətli yerdir”. Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib. Hərbi ekspert Fərrux yüksəkliyinin həm də mənəvi əhəmiyyəti olduğunu bildirib: Birinci Qarabağ müharibəsi zamanı Fərrux istiqamətində bizim şəhidlərimiz olub. Ona …
Read More »Bakı, Gəncə və Lənkəranda müasir penitensiar komplekslər tikilir
Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Boyukmillet.com-un xəbərinə görə, Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.
Read More »Prezident Bakıda yeni inşa edilən müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, …
Read More »Azərbaycan Prezidenti MDB PA-nın üzvlərinə müraciət edib
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxış edib. Boyukmillet.com-un xəbərinə görə, əvvəlcə spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Sonra müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən …
Read More »Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü …
Read More »