“1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı …
Read More »Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbulu təklif olunur
Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul edilməsi təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: “Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik”.
Read More »Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
“Erməni əsilli azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. Komitə sədri xatırladıb ki, 30 ilə yaxın …
Read More »Azərbaycan lideri Ermənistana növbəti dəfə xəbərdarlıq edib
“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində deyib. “Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı …
Read More »Prezident Gəncə Memorial Kompleksinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoyub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı Kompleksin yaradılacağı ərazi ilə tanış oldu. Prezident İlham Əliyevə Kompleks barədə məlumat verilib. Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə …
Read More »Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib – TAM MƏTN
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Boyukmillet.com müsahibəni təqdim edir. Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik. Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə …
Read More »Azərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlanıb
“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.
Read More »Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Dörd yaşayış məntəqəsini birləşdirən yolun …
Read More »Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək
Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı bildirilib. Telefon danışığında Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.
Read More »YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib. İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub. Onların bir neçəsinin adlarını təqdim edirik: Gəncə şəhər təşkilatı – Ramil Orucov Sumqayıt şəhər təşkilatı – Ramiz …
Read More »