Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Boyukmillet.com -un məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub. Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata keçiriləcək. Adıçəkilən müəssisələr 2026-cı …
Read More »Əli Əsədov qərar İMZALADI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı həmin siyahıya daxil edilib.
Read More »Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyasının tərkibi genişləndirilib
Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 24 sentyabr 2022-ci il tarixli sərəncamında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın tərkibinə daxil edilib.
Read More »Hüseyn Cavidin məqbərəsi bərpa olunacaq
Naxçıvan şəhərində Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq. Bu barədə “Repor’tun yerli bürosu xəbər verir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub.
Read More »Naxçıvanda yeni regional mədəniyyət idarələri yaradıldı
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib. Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub. Yeni Sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb. Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq. Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur …
Read More »İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
“Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların …
Read More »Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir”
“Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayqısızlığa dözə bilməyib və narazılığını mənə yazıb”. Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O, mağazada vətəndaşa verilən qaimənin fotosunu paylaşaraq yazıb: “Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər …
Read More »Zəfər Bayramı-Qarabağ münaqişəsinin birdəfəlik həlli Azərbaycan dövlətinə nə verdi:
8 Noyabr — Zəfər Günü. Bu tarix artıq Azərbaycan dövlətinin və xalqının müasir tarixində dönüş nöqtəsinə çevrilib. Qarabağda 30 il davam edən ədalətsizlik, torpaq itkisi və işğal ağrısı 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin nəticəsində sona çatdı. Azərbaycan Ordusunun parlaq qələbəsi təkcə hərbi-siyasi reallığı dəyişmədi, həm də dövlətin milli, iqtisadi və mənəvi sütunlarını möhkəmləndirdi. Bu Azərbaycan xalqının milli qeyrət …
Read More »Prezidentdən Şahin Məmmədovla bağlı SƏRƏNCAM
Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb. Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra …
Read More »Ombudsman Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com-un məlumatına görə, sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətdiyi qeyd olunub: “Nəticədə çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
