Cümə , 26 Aprel 2024

Daxili siyasət

Ağdaban qətliamından 32 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür. 130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, …

Read More »

İlham Əliyevin 5 aprel açıqlamasının ŞOK DETALLARI – Dərhal hərbi əməliyyatlar…

“Müasir güc mərkəzlərinin dizaynı ölkələrin strateji müttəfiqləri ilə birgə olmasını zəruri edir. Azərbaycanın Türk dünyası konteksti üzərindən vurğu etməsi, bu xüsusda bir neçə müddət sonra türk ölkələri ilə birlikdə hərbi təlimlərin keçirilməsinə dair qərarların alınması və bu kontekstdə İŞİD-ə, PKK-ya, erməni terroruna qarşı Birgə Türk Antiterror Mərkəzinin yaradılması kimi ideyalar vahid siyasi Türk dünyası vizyonunun formalaşmasını zəruri edir”. Bu fikirləri Musavat.com-a …

Read More »

“Qaçqınkom”un iki departamenti ləğv olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib. “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …

Read More »

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək. Boyukmillet.com xəbər verir ki, soyqırımı qurbanlarının qalıqları Zabrat qəbiristanlığında torpağa tapşırılacaq. Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır. Qeyd olunan ərazidə həyata keçirilən …

Read More »

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək. Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı …

Read More »

Partiyaların növbəti parlament seçkilərinə HAZIRLIĞI NƏ YERDƏDİR?

Samir Əsədli: “Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr apararaq 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələrini müəyyənləşdirib” “Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur, əsasən qadın namizədlər, xüsusən gənclərin namizədliklərini irəli sürməyi düşünürük” Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın …

Read More »

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediliblər. Boyukmillet.com  xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, …

Read More »

Türkmənistan Baş prokurorunun müavini Azərbaycanda işgüzar səfərdədir

Türkmənistan Baş prokurorunun müavini Rəhim Atayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib. Görüşdə Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk …

Read More »

Qeydiyyatda olan 26 partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib

Ötən il üzrə Mərkəzi Seçki Komissiyasına dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i maliyyə hesabatı təqdim edib. Bu barədə MSK-dan məlumat verilib. Bildirilib ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası quruma illik maliyyə hesabatını təqdim etməyib. MSK-ya maliyyə hesabatı təqdim edən partiyalarla buradan tanış olmaq olar.

Read More »

Baş Prokurorluqla Hesablama Palatası arasında memorandum imzalandıFOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Musavat.com-un xəbərinə görə, imzalanma mərasimi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı ilə keçirilib. Qeyd edilib ki, hər iki qurum arasında əməkdaşlıq bundan sonra daha da möhkəmlənəcək. Afaq Mirayiq,Musavat.com

Read More »