Cümə axşamı , 26 Dekabr 2024

Daxili siyasət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair təntənəli mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər. …

Read More »

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə dəyişiklik edilib. Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər siyahısından kommersiya mübahisələri çıxarılıb.

Read More »

Komitə sədri: Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb

Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 23-də keçirilən plenar iclasında deyib. O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.-dir: “Azərbaycan hər zaman addımlarını beynəlxalq hüquq normalarına uyğun atır”.

Read More »

“İnsan haqlarını, milli hüquqları saymazdan gələn və bu səbəbdən beynəlxalq arenada təklənən İran məğlub Ermənistanı yanında görməkdən təsəlli tapır”

Səfrin  açıqlaması Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür “İnsan haqlarını, milli hüquqları saymazdan gələn və bu səbəbdən beynəlxalq arenada təklənən İran məğlub Ermənistanı yanında görməkdən təsəlli tapır” İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani növbəti dəfə Azərbaycanı ittiham edib. İran-İsrail qarşıdurması ilə bağlı çıxış edən Sübhani Azərbaycana da “dil uzadıb”. Səfir iddia edib ki, sionist rejimi …

Read More »

Naxçıvan icra başçısına yeni müavin təyin edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.Boyukmillet.com xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb. Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin edilib. O, bugün kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Read More »

Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb

Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın paylaşımnda qeyd olunub. Bildirilib ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür: “Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, …

Read More »

Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək

Yaz mövsümü ilə əlaqədar aprelin 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırıb.

Read More »

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat naziri …

Read More »

DSMF vətəndaşlara xəbərdarlıq edib: Sosial yardımlarla bağlı müraciətlərdə ehtiyatlı olun!

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial yardımların verilməsində dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə “Report”a DSMF-dən məlumat verilib. “Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən …

Read More »