“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun ən uzunömürlü qanunlardan biridir”, – o qeyd edib. Qeyd edək ki, hazırki qanun 1993-cü il sentyabrın 3-dən qüvvədədir.
Read More »Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar
Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Təhsil haqqında” qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud …
Read More »Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Boyukmillet.com xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək …
Read More »Azad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb – SİYAHI
2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53 min (53081,8) hektardan çox ərazidə təmizləmə əməliyyatları icra edilib. Həmin ərazilərdə 31 min 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Belə ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə …
Read More »Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub – EKSKLÜZİV
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub. Bu barədə parlamentdəki mənbə məlumat verib. Hesabatın qanunverici orqanının martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur. Sənədi Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Read More »Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıb
Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi …
Read More »Baş Prokurorluq vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb
Baş Prokurorluq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb. Belə ki, 2023-cü il ərzində …
Read More »Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib. “Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində …
Read More »Lənkəran regional “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi …
Read More »Ombudsman müharibə veteranlarının təqaüdlərinin artırılmasını təklif edib
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Read More »