Cümə , 27 Dekabr 2024

Daxili siyasət

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Boyukmillet.com xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. MSK sədri Məzahir Pənahov bildirib ki, …

Read More »

Prezident seçkiləri: Naxçıvanda saat 17:00-dək seçici fəallığı 72.74 faiz olub

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, saat 17:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 72.74faiz olub. Naxçıvanda ümumillikdə 207711 nəfər səs verib. Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 17:00 – a olan seçici fəallığı barədə məlumatı təqdim edirik: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 35143 …

Read More »

İndiyədək seçicilərin 70,85 faizi səsvermə hüququndan istifadə edib

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. Hesabat vermiş …

Read More »

Ombudsman Səbinə Əliyeva səs verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib. Boyukmillet.com xəbər verir ki, səsvermədən sonra ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələr həyata keçirilir. Onun sözlərinə görə, azad olunan ərazilərdə təşkil edilən 26 yeni seçki məntəqəsində …

Read More »

“HaberGlobal” Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb

Türkiyənin “Haberglobal” telekanalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, reportajda bu gün baş tutan seçki prosesi izlənilib, səsvermə prosesi işıqlandırılıb. Həmçinin Azərbaycanın İstanbuldakı Baş konsulluğunda səsvermə porsesi ilə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda olduğu kimi səsvermə saat 19:00-da bitəcək, səslər sayılacaq və Azərbaycana təqdim ediləcək. Telekanal seçkilərdə 6 namizədlə mübarizə aparan hazırkı Prezident …

Read More »

GUAM nümayəndəsi: “Azərbaycanda prezident seçkiləri demokratik normalar çərçivəsində keçirilir”

Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib. “Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – o vurğulayıb. …

Read More »

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermədə “exit-poll” keçirilir

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, “exit-poll” üçün üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC akkreditasiyaya alınıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir. Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı …

Read More »

Prezident seçkiləri: saat 10:00-dək 19,44 faiz seçici səs verib

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib. Seçici fəallığı 19,44 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6493-dür. Qeyd edək …

Read More »

Ceyhun Bayramov prezident seçkilərində səsvermə hüququndan istifadə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. Boyukmillet.com-un xəbərinə görə, nazir 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, …

Read More »