Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

GUAM nümayəndəsi: “Azərbaycanda prezident seçkiləri demokratik normalar çərçivəsində keçirilir”

Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir.

Boyukmillet.com xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib.

“Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda seçkilər beynəlxalq seçki standartlarına tam uyğundur.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …