Cümə , 27 Dekabr 2024

Daxili siyasət

Naxçıvanda seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb

Prezident seçkiləri ilə əlaqədar Naxçıvanda Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb. Boyukmillət.com xəbər verir ki, treninqlərə bu dəfə 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri cəlb olunub. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, …

Read More »

İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azad edilmiş ərazilərdə seçkiqabağı sosioloji sorğu keçiriləcək

Azad edilmiş ərazilərdə seçkiqabağı sosioloji sorğu keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ABŞ-nin “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bu gün keçirilən mətbuat konfransında deyib. “Biz seçkiqabağı 3 000 seçicinin iştirakı ilə sorğu keçirəcəyik. Qarabağ və Şərqi Zəngəzura səfər edərək burada da sosioloji sorğu keçiriləcək. Sorğularda iqtisadi, sosial, siyasi və digər bir sıra sahələr nəzərə alınacaq. Eyni zamanda, siyasi …

Read More »

Doğma yurduna qayıdan sakin: Ali baş komandanın güclü siyasəti nəticəsində Füzuliyə qayıdırıq

“Ali baş komandanın məhz güclü siyasəti nəticəsində bu gün biz doğma yurdumuz Füzuliyə qayıda bilirik”. Boyukmillet.com  xəbər verir ki, bunu sabiq məcburi köçkün Züleyxa Məmmədova söyləyib. Gənc yaşından dolayı Füzulini xatırlamayan Z.Məmmədova Füzuli haqqında ancaq valideynlərinin dilindən eşidib: “Körpə olmuşam, rayonu tərk edərkən cəmi üç yaşım olub. Bu gün, inşallah, gözlərimlə Füzulini görəcəyəm”. Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti …

Read More »

Daha 106 nəfər Füzuliyə qayıdır

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür. Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub. Bakı və …

Read More »

Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib. Boyukmillet.com xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni …

Read More »

Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. …

Read More »

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Şəhidlərimizi qürur və ehtiramla anırıq!” https://www.instagram.com/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=ca4468f3-4c1a-4df2-ab76-17b8cfc679a8&ig_mid=3DA6D794-DF1E-4714-BD6D-BD4C9B28CAAB

Read More »

“20 YANVAR XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ HƏRBİ CİNAYƏTDİR”

“1990-cı ildə Azərbaycan xalqına qarşı Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətin 34-cı ildönümünü yaşayırıq. Sovet imperiyasına məxsus hərbi birləşmələr tərəfindən həmin il yanvarının 19-dan 20-nə keçən gecə şəhərə silahlı müdaxilə edərək dinc əhaliyə qarşı qanlı divan tutulub. Bu zaman 134 nəfər şəhid olub, 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sovet ordusunun qanlı cinayətlərinə boyun əyməyən xalqımız Azərbaycanın istiqlaliyyəti …

Read More »

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qanlı Yanvar hadisələrindən 34 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX …

Read More »