Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədlərinin vəkil edilmiş şəxslərini qeydə alıb. Boyukmillet.com-un xəbərinə görə, məsələ barədə komissiyanın katibi Arifə Muxtarova məlumat verib. Onun sözlərinə görə, MSK-ya təqdim edilən sənədlər araşdırılaraq müəyyən edilib ki, həmin şəxslərin qeydə alınması üçün əsaslar mövcuddur və onlar partiyaların vəkil edilmiş şəxsləri kimi qeydə alına bilərlər. …
Read More »Prezident Bakıda DSX-nin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq
Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com-un xəbərinə görə, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham …
Read More »Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də püşkatma keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə …
Read More »MSK-nın media mərkəzi fəaliyyətə başlayır
Mərkəzi Seçki Komissiyasının media mərkəzi tam hazır vəziyyətə gətirilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, sabahdan etibarən media mərkəzi öz işinə aktiv şəkildə başlayacaq.
Read More »Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib
Naxçıvanda 32 nəfər gənc əməkdaşın polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, onlar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitiriblər. Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak …
Read More »Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub
Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb. Faktı “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib. Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində …
Read More »Prezident nazir müavinini vəzifədən azad edib – EKSKLÜZİV
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Boyukmilllet.com-un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu. Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il …
Read More »Məzahir Pənahov: “Seçkiyə qədər müşahidəçilərin sayı 50 minə çatacaq”
Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. MSK sədri qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər: “Qeydə alınmış 7 …
Read More »“Vecon Consulting” illik hesabatını açıqladı
“Vecon Consulting” şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb. Boyukmillet.com xəbər verir ki, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb. Yola saldığımız ildə “Vecon Consulting”in işçilərinin sayında da …
Read More »