Bazar , 28 Aprel 2024
Drone Cameras

Baş nazir: Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam

Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib.

Boyukmillet.com xəbər verir ki, Əli Əsədov bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

O, sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib: “2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir”.

Baş nazir bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.

Check Also

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvan şəhərində bu il aprelin 29-30-da Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin …