Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilir ki, Məhəmməd Əmin …
Read More »Cəza çəkməkdən məhkəmələr tərəfindən azad edilən məhkumların sayı açıqlanıb
Ötən dövr ərzində Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 1495 məhkum məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti azaldılıb. Bunu “Report”a müsahibəsi zamanı Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib. Onun sözlərinə görə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr …
Read More »Bu il Azərbaycanda 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb
Azərbaycanda ümumilikdə 20 minə yaxın məhkuma, cari il ərzində isə 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Bunu “Report”a müsahibəsində Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib. Onun sözlərinə görə, cari il ərzində cəza müddətinin qurtarması və digər qanuni əsaslara görə 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb. “Fəaliyyət göstərdiyi müddət ərzində Probasiya Xidmətinin …
Read More »Ədliyyə Nazirliyinin Aparatının bir sıra struktur bölmələrinin Əsasnamələri təsdiq edilib
Ədliyyə Nazirliyinin Aparatının bir sıra struktur bölmələrinin Əsasnamələri təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Read More »Azərbaycanda “Probasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır – EKSKLÜZİV
Azərbaycanda “Probasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır. Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib. Xidmət rəisi bildirib ki, yeni qanun layihəsində beynəlxalq təcrübədə geniş tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə alınan hallar barədə – təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim olunması nəzərdə tutulub.
Read More »Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılıb. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitirdi. Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi …
Read More »Azərbaycan QHT-si ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsini hazırlamağa başlayıb
2024-cü ildə ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsi buraxılacaq və bununla bütün dünyaya bu müəssisələrin regionun ekologiyası üçün necə böyük təhlükə törətdiyi əyani şəkildə nümayiş olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlayıb. O bildirib ki, layihə rəhbərlik etdiyi QHT-nin ilk işi olacaq: “40 ilə yaxındır ki, peşəkar kartoqrafiya işi ilə məşğulam. Bu ilin …
Read More »Ombudsman 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məsələni nəzarətə götürüb
Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib. Ombudsman Aparatının …
Read More »İcma: “Prezident İlham Əliyev yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşadıb”
Qərbi Azərbaycan icması dekabrın 29-da keçirilmiş növbədənkənar ümumi yığıncaqda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır: “Ulu Öndər irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və …
Read More »Azərbaycanın milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say …
Read More »